Şimali Koreya: Kim Jong-un dayısının edam olunmasından məmnundur

Şimali Koreya lideri Kim Jong-un Yeni il gecəsi xalqa ünvanlanmış televiziya müraciətində ilk dəfə olaraq dayısı Chang Song-thaek-in edam olunması məsələsinə toxunub.
Kim Jong-un dayısının edam edilməsindən məmnunluğunu bildirərək, Chang Song-thaek-in cəzalandırılmasını "partiya sıralarının təmizlənməsi " kimi səciyyələndirib.
Onun təbirincə, atılmış "qətiyyətli addım" ölkənin bütövlüyünün qorunub saxlanmasına xidmət edəcək.
Dekabrın 13-də Koreya dövlət media vasitələri dövlət çevrilişi cəhdində ittiham olunmuş Chang Song-thaek-in edam olunduğunu bildirdilər.
Ona qarşı eləcədə korrupsiya, əxlaqsızlıq, əks-inqilab fəaliyyəti və narkomanlıq ittihamları irəli sürülmüşdü.
67 yaşlı Chang Song-thaek əvvəllər ölkə başçısının ən yaxın silahdaşı və Şimali Koreyanın ən nüfuzlu siyasi xadimlərindən sayılırdı.
