Qüdrətli dayının süqutu - şəkillərdə

Şimali Koreya liderinin dayısı, bir vaxtlar ölkənin ən güclü şəxslərindən olan Çanq Son Txek “bağışlanılmaz xəyanətə” görə edam olunub.

Kim Çen İr və Çan Son Txek.16 fevral 2012-ci il. Reuters
Şəklin alt yazısı, Şimali Koreya liderinin dayısı, vaxtilə ölkənin ən qüdrətli şəxslərindən olan Çan Son Txek “bağışlanılmaz xəyanətə” görə edam olunub.
2008-ci ildə yayımlanan rəsmdə Çan Son Txek-i Pxenyandakı zooparka baş çəkən sabiq lider Kim Çen Ir-ın yanında görmək olar. AFP
Şəklin alt yazısı, Hazırkı rəhbərin atası Kim Çen İrin bacısi ilə evli olan cənab Çan indiyədək bir sıra mühüm dövlət vəzifələrini tutub.
Kim Çen Ir-ın dəfn mərasimində tabutu çiyninə alanlar arasındadır. 28 dekabr 2011-ci il. Reuters
Şəklin alt yazısı, O, 2011-ci ildə Kim Çen İrin vəfatından sonra hakimiyyət başına gələn onun oğlu - Kim Çen Inın sağ əli və xarici təhlilçilər tərəfindən "liderin arxasında duran qüdrətli siyasi fiqur" sayılırdı.
15 April 2013-cü ildə Pxenyandakı Xalq Teatrında konsert, Çanq Son Txeki ilk sırada Şimali Koreya lideri yanında görmək olar. AFP
Şəklin alt yazısı, Fotolarda Çan Son Txeki 20-30 yaşlarında olduğu zənn edilən Şimali Koreya rəhbərinin yanında görmək olardı.
Çan Son Txek Pekində Şimali Koreyanın inkişaf zonalarına həsr olunmuş toplnatıda. 14 avqust 2012-ci il.
Şəklin alt yazısı, Çan Son Txek Çinə qısa müddətli səfər vaxtı prezident Hu Dzintao ilə görüşüb. Görüşün iqtisadi inkişaf məsələlərinə həsr olunduğu bildirilib.
Seulun Mərkəzi Dəmir Yolu Stansıyasındakı adamlar Çanq Song Txek-ə həsr olunmuş filmi izləyirlər. 3 Dekabr 2013-cü il.
Şəklin alt yazısı, Cənab Çanın gözdən düşməsi ilə bağlı xəbər ilk dəfə Cənubi Koreyanın xüsusi xidmətlərindən daxil olub. Həmin xəbərdə onun iki köməkçisinin edam edildiyi bildirilib.
Bu sənədli filmdən Çan Son Txek-in görüntüləri yığışdırılıb.
Şəklin alt yazısı, Çan Son Txek-in görüntüləri rəsmi fotolar və dövlət televiziyası ilə nümayiş etdirilən sənədli filmdən yığışdırılıb.
Televiziya kadrları Çan Son Txek-in kommunist partriyasının toplantısından çıxarıldığını əks etdirir. Reuters
Şəklin alt yazısı, Bazar ertəsi Şimali Koreya onun partiya toplantısından çıxarılması barədə görüntüləri yayaraq cəzalandırıldığını təsdiqləyib.
Çan Son Txek məhkəməyə çıxarılır, 12 dekabr 2013-cü il. AFP
Şəklin alt yazısı, Məhkəmə salonunda əli bağlı Çanın şəkilləri yayımlanıb. Cümə günü dövlət mediası Çan Son Txek-in məhkəmədə müqəssir tanındıqdan sonra “dərhal” edam olunduğunu bildirib.
İctimai qəzet lövhəsi. Şimali Koreya. 13 dekabr. 2013-cü il.
Şəklin alt yazısı, Şimali Koreya mediası cənab Çanı “xəyanətdə” və “korrupsiyada” ittiham edib. O “islahatçı” və “mənhus insan insan pisliyi” kimi təsvir edilib.