Seul: KXDR müdafiə naziri “hörmətsizliyə görə” güllələnib

hyon

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Seul müdafiə nazirinin Kim Jong-un iştirak etdiyi hərbi tədbirdə yuxuya getdiyinə görə güllələndiyini bildirir

Cənubi Koreya kəşfiyyatı KXDR-də müdafiə nazirinin güllələndiyini bildirir. Məlumatlara görə, onu Şimali Koreya lideri Kim Jong-un-a hörmətsizlikdə və qeyri-loyallıqda ittiham ediblər.

Cənubi Koreya Yonhap xəbərlər agentliyinin kəşfiyyatçıların məlumatına istinadən yaydığı xəbərə görə, Hyon Yong-chol aprelin sonunda, hökmün yüzlərlə dövlət məmurunun gözü qabağında yerinə yetirildiyi zaman ictimaiyyət qarşısında zenit topundan atəşlə güllələnib.

Məlumatlara görə, müdafiə idarəsinin başçısı Kim Jong-un-un iştirak etdiyi hərbi tədbirdə yuxuya getdiyinə və bir neçə dəfə Şimali Koreya lideri ilə mübahisəyə etdiyi üçün ölüm cəzasına məhkum edilib.

Pxenyandan alınan məlumatı müstəqil mənbələrdən təsdiq etmək mümkün deyil. Lakin BBC-nin Koreyadakı müxbirinin məlumatına görə, bunu yoxlamaq çətin olmayacaq. Müdafiə nazirinin edamı barədə məlumat həqiqətə uyğun olmasa, o, ictimaiyyət üzünə çıxacaq.

kim_jong-un_n-korea

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kəşfiyyatçıların məlumatına istinadən Yonhap Cənubi Koreya agentliyi bu ilin əvvəlindən KXDR lideri Kim Jong-un-un əmri ilə 15 Şimali Koreya məmurunun edam edildiyini bildirir

Daha əvvəl Seul 2015-ci ilin əvvəlindən KXDR hakimiyyəti tərəfindən <link type="page"><caption> 15 nəfərin edam</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/04/150429_nk_executions" platform="highweb"/></link> edildiyini bildirmişdi. Edam edilənlərdən biri ölkə meşə təsərrüfatının inkişaf planını tənqid etmiş nazir müavini olub.

2013-cü il dekabrında Şimali Koreya lideri Kim Jong-un-un Çinlə danışıqlar üçün məsuliyyətli və iqtisadi islahatlar tərəfdarı sayılan <link type="page"><caption> dayısının edam edildiyi</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2013/12/131213_north_korea_execution_in_pics" platform="highweb"/></link> haqqında məlumat yayılmışdı.

Yonhap agentliyinin məlumatına görə, Şimali Koreyada dövlət məmurlarının edamı təxminən həftədə bir dəfə baş verir.