Şimali Koreya “15 nəfəri edam edib”

Şəklin mənbəyi, EPA
Cənubi Koreya kəşfiyyatı bildirir ki, Şimali Koreya lideri Kim Jong-un bu il ərzində yüksək vəzifəli rəsmilər də daxil olmaqla, 15 nəfərin edamına fərman verib.
Agentlik 15 nəfərin casusluq ittihamı ilə məhkum edilərək güllələndiyini xəbər verir.
Cənubi Koreyadan alınan məlumatlarda deyilir ki, edam olunanlardan ikisi cənab Kimin siyasətinə qarşı çıxan nazir müavinləridir. Bir orkestrin üzvləri də güllələniblər.
Cənab Kim 2013-cü ildə bir vaxtlar qüdrətli olan dayısını da edam etdirib.
<link type="page"><caption> Həmçinin bax: Qüdrətli dayının süqutu şəkillərdə</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2013/12/131213_north_korea_execution_in_pics" platform="highweb"/></link>
Yonhap xəbər agentliyinin məluimatına görə, edam edilənlərdən biri də meşəçilik naziri olub.
Unhasu orkestrinin dörd üzvünün mart ayında edam edildikləri güman edilir.
2013-cü ildə cənab Kim dayısı Chang Song-thaek və ona yaxın bir qrup siyasətçini edam edib.
Cənab Chang 2011-ci ildə hakimiyyət keçidi zamanı Kimin yolgöstərəni olub.




