Suriya münaqişəsi: İD qruplaşması qədim şəhərin qalıqlarına doğru irəliləyir

Səhrada yerləşən Palmira dağıntıları sanballı tarixi abidələrə malikdir

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Səhrada yerləşən Palmira dağıntıları sanballı tarixi abidələrə malikdir

İslam Dövləti (İD) döyüşçülərinin Suriyanın Tadmur şəhərinə həmlələri artırdığı bildirilir. Burada Yaxın Şərqin ən böyük arxeoloji ərazilərindən biri olan Palmira şəhərinin qalıqları yerləşir.

İD hücumları, cihadçılar tərəfindən ələ keçiriləcəyi təqdirdə qədim şəhərdəki məbəd və küçələrə təhlükə ilə bağlı narahatlığa səbəb olub.

Cihadçılar artıq İraqda bir neçə qədim ərazini talayıb və məhv ediblər.

Palmira buna qədər dörd il davam etmiş vətəndaş müharibəsinin təsirinə məruz qalıb.

Cümə axşamı İnsan Haqları üzrə Suriya Müşahidəsi qrupundan bildiriblər ki, İD döyüşçüləri UNESCO-nun dünya irsinə daxil olmuş Palmira şəhərinin qalıqlarına 2 km məsafədədirlər.

Qrupun direktoru Rami Abdul Rəhman AFP xəbər agentliyinə bildirib ki, cihadçılar Tadmur və əl-Suxana şəhərləri arasındakı bütün hərbi məntəqələri ələ keçiriblər.

İD də Twitter vasitəsilə bildirib ki, onlar Tadmur şəhərinin şimal və şərq hissələrini ələ keçiriblər.

Səhrada yerləşən Palmira dağıntıları sanballı tarixi abidələrə malikdir. Şəhər qədim dövrlərin ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən biri olub, UNESCO bildirir.

Əsasən bizim eranın 1-ci və 2-ci əsrlərinə aid ərazi, həmin dövrdə Roma imperiyası tərəfindən idarə olunub və böyük, sütunlu küçələrə malikdir.