İD cihadçıları tarixi Nəmrud şəhərini "məhv edirlər"
Tikritə nəzarəti bərpa etmək məqsədilə cihadçılara qarşı hökumət qoşunlarının həmləsi davam edərkən Nəmrud şəhərindəki qədim abidələrin İD tərəfindən dağıdıldığı bildirilir.
İraq nümayəndələrinin sözlərinə görə, nə dinc əhaliyə rəhm edir, nə memarlıq abidələrinə.
Yeni barbarlıq aktları Mosulda heykəllərin dağıdılması barədə videogörüntülərin yayılmasından bir həftə keçmiş baş verir.
BMT mədəniyyət agentliyinin İraq üzrə nümayəndəsi Alex Plathe Nəmrud abidələrinin məhv edilməsi barədə xəbəri "İraq irsinə növbəti dəhşətli həmlə" kimi dəyərləndirib.
Onlar tarixi silirlər", İraq arxeoloqu, doktor Lamiə əl-Gailani BBC danışarkən deyib.
ID bildirir ki, qədim məbəd və abidələr "saxta bütlər" kimi məhv edilməlidir.