İslam Dövləti İraqdakı Nəmrud "tarixini silir"

id

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, İD iddia edir ki, qədim abidələr və məqbərələr "saxta bütlərdir"

İraq hökuməti bildirir ki, İD silahlıları qədim Nəmrud şəhərini məhv etmək üçün ağır silahlardan istifadə edirlər.

Mədəniyyət irsinin incisi hesab edilən şəhərə həmlə barədə tarixi abidələrin qorunmasına cavabdeh nazirlik bildirir.

Ötən həftə Mosul muzeyindəki eksponatların darmadağın edilməsini əks etdirən videoyazı peyda olub.

Bir çox Nimrud abidələri Bağdaddakı muzeyə köçürülüb, lakin böyük "lamassu" abidəsi - qanadları olan insan başlı öküzlər - hələ də bölgədədir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bir çox Nimrud abidələri Bağdaddakı muzeyə köçürülüb, lakin böyük "lamassu" abidəsi - qanadları olan insan başlı öküzlər - hələ də bölgədədir

BMT mədəniyyət agentliyinin İraq üzrə nümayəndəsi Alex Plathe xəbəri "İraq irsinə növbəti dəhşətli həmlə" kimi dəyərləndirib.

Nimrud Mosulun cənub-şərqində yerləşir, hardakı silahlılar keçən həftə abidələri dağıtmışdı

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Nimrud Mosulun cənub-şərqində yerləşir, hardakı silahlılar keçən həftə abidələri dağıtmışdı

"Onlar tarixi silirlər", İraq arxeoloqu, doktor Lamiə əl-Gailani BBC danışarkən deyib.

ID bildirir ki, qədim məbəd və abidələr "saxta bütlər" kimi məhv edilməlidir.