Azadlığa çıxmış qadınlar Boko Haram dəhşətlərindən danışır

BBC müxbiri Donna Larsen: "Nigeriya ordusu keçən həftə təxminən 700 girovu azad edib"

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, BBC müxbiri Donna Larsen: "Nigeriya ordusu keçən həftə təxminən 700 girovu azad edib"

Nigeriyanın şimalındakı Boko Haram döyüşçüləri tərəfindən saxlanılan keçmiş girovlar deyir ki, bəzi girov yoldaşları ordunun onları xilas etməyə yaxınlaşdığı ərəfədə ölənədək daşqalaq ediliblər.

Qadınlar bildirib ki, ordu yaxınlaşdığı vaxt qaçmaqdan imtina etdiyi üçün Boko Haram döyüşçüləri onları döyməyə başlayıb.

Təxminən 300 qadın və uşaqdan ibarət qrup geniş Sambisa meşələrindən çıxarılaraq hökumət düşərgəsinə gətirilib.

Hərbçilər bildirir ki, onlar keçən həftə ərzindən islamçı qruplara hücum zamanı 700 nəfərdən çox insanı xilas ediblər.

Qadınların sözlərinə görə, daşqalaq nəticəsində bir neçə qadın ölüb, lakin dəqiq neçə nəfərin öldüyünü bilmirlər.

“Hamilə”

Digərləri isə xilasetmə əməliyyatı zamanı hərbçilər tərəfindən yanlışlıqla öldürülüb, onlar əlavə edib.

Əsgərlər “həmin vaxt bizim düşmən olmadığımızı” bilməyiblər və bəzi qadın və uşaqlar “onların maşınlarının altında qalıb”, xilas olmuş Asama Umoru bildirib.

Salamatu Bulama bildirir ki, o, döyüşçülərin daşqalaq etdiyi şəxslərin içində olub

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Salamatu Bulama bildirir ki, o, döyüşçülərin daşqalaq etdiyi şəxslərin içində olub
Hərbçilər deyir ki, Sambisa meşələrindəki bir çox Boko Haram bazaları məhv edilib

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Hərbçilər deyir ki, Sambisa meşələrindəki bir çox Boko Haram bazaları məhv edilib

Sağ qalanlar deyib ki, onlar tutulduğu zaman, döyüşçülər kişiləri və böyük oğlan uşaqlarını ailələri önündə qətlə yetirib, daha sonra onların arvad və uşaqlarını meşəyə aparıblar.

Bəziləri zorla evləndirilib.

Bir qadın, 27 yaşlı Lami Musa deyib ki, o, bu aqibəti yaşamayıb.

“Onlar biləndə ki, mən hamiləyəm, dedilər ki, mən kafir [onun əri] tərəfindən hamilə qalmışam və onu öldürdülər,” qadın bildirib.

Xanım Musa döyüşçülərin ona, “bir həftə içində uşağı doğandan sonra səni bir komandirimizlə evləndirəcəyik”, dediyini bildirib.

“Mən gecə vaxtı doğdum və səhəri gün əsgərlər tərəfindən xilas edildik,” Musa göz yaşları ilə əlavə edib.

“Bir dəri, bir sümük bədənlər”

Digər xilas olmuş şəxslər bildirib ki, islamçı döyüşçülər onları yanlarından buraxmayıblar – hətta ayaqyoluna gedəndə belə.

“Onlar bizə bir addım belə hərəkət etməyə icazə vermirdilər,” azadlığa çıxmış qadınlardan biri, Asabe Umaru Reuters xəbər agentliyinə bildirib. “Biz bir yerdə saxlanılırdıq. Biz əsarət altındaydıq”.

Uşaqlardan bəziləri ciddi aclıq keçirib

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Uşaqlardan bəziləri ciddi aclıq keçirib
Bir çoxu aylardan sonra ilk normal yeməklərini yeyirlər

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Bir çoxu aylardan sonra ilk normal yeməklərini yeyirlər

Qadınlardan biri izah edib ki, onlara gündə sadəcə bir dəfə yemək veriblər.

“Biz sadəcə günorta vaxtı qurudulmuş qarğıdalı yeyirdik. Bu, insan üçün yaxşı deyil,” Cecilia Abel Reuters agentliyinə bildirib.

“Hər gün birimizin ölümünə şahid olurduq və öz növbəmizi gözləyirdik,” 24 yaşlı iki uşaq anası Umaru deyib.

Uşaqlardan bəziləri “bir dəri, bir sümük qalmış və qoca kişiyə bənzəyən kiçik bədənlər idi”, Associated Press müxbiri Michelle Faul sağ qalanların saxlandığı düşərgəyə baş çəkdikdən sonra BBC-yə bildirib.

Həkim, Məhəmməd Amin Süleyman deyib ki, bir çox ac körpə və uşaqlara klinikada damar iynələri vurulur.

Qadın və uşaqlar xilas edildikləri geniş Sambisa meşələrindən maşınlar vasitəsilə Yola şəhəri yaxınlığındakı düşərgəyə daşınıblar. Onlar bura şənbə axşamı çatıblar.

Çibok qızları

Rəsmilər müsahibələr vasitəsilə müəyyən ediblər ki, xilas edilmiş demək olar ki bütün qadınlar Çibok şəhəri yaxınlığındakı Gumsuri kəndindəndirlər, Associated Press xəbər agentliyi bildirib.

Qadınlar da klinikada yoxlamadan keçir

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Qadınlar da klinikada yoxlamadan keçir

Belə görürünr ki, onların arasında bir il əvvəl Boko Haram tərəfindən qaçırılmış 200-dən çox Çiboklu məktəbli qızlardan heç kim yoxdur. Həmin hadisə dünyada qızların azad edilməzi üçün etirazlara səbəb olmuşdu.

Boko Haram 2009-cu ildə İslam dövləti yaratmaq üçün qiyama başlayandan bəri Nigeriyanın şimalında minlərlə insan qətlə yetirilib.

Fevral ayında qonşu dövlətlərin qoşunları tərəfindən dəstəklənən Nigeriya hərbçiləri, islamçı döyüşçülərə qarşı böyük hücuma başlayıb və keçən il Boko Haramın ələ keçirdiyi ərazilərin əksəriyyətini geri qaytarıblar.

Onların sonuncu gizləndiyi yerin Sambisa meşələrində olduğu güman edilir.