Nigeriya şəhərindəki kütləvi məzarlıqda ən azı 70 cəsəd tapılıb

Niger və Çad əsgərləri Damasaka ötən şənbə günü giriblər.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Niger və Çad əsgərləri Damasaka ötən şənbə günü giriblər.

Boko Haram cihadçı qruplaşmasından geri alınmış Nigeriyanın Damasak şəhərinə daxil olan Niger və Çad ordusu şəhər yaxınlığındakı kütləvi məzarlıqda 70-dən artıq cəsədin aşkar olunduğunu bildirib.

Səhra havası nəticəsində cəsədlərin quruması qəttlərin xeyli əvvəl yer aldığını deməyə əsas verir.

Niger və Çad hissələri Damasaka ötən şənbə günü yeridilib.

Xəbərlərə əsasən körpünin altındakı kütləvi məzarlıqda tapılan cəsədlərin bəziləri başsızdır.

Boko Haram silahlıları Damasak şəhərini ötən ilin sonunda - nəzarət altına alıblar.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Boko Haram silahlıları Damasak şəhərini ötən ilin sonunda - nəzarət altına alıblar.

Digərlərin boğazları kəsilib.

Boko Haram silahlıları Niger sərhədi yaxınlığında yerləşən Damasak şəhərini 2014-cü ilin noyabr ayında nəzarət altına alıblar.

Nigeriya prezidenti Boko Haram qruplaşmasının tutduğu ərazilərdən bir ay içində çıxarılacağını deyib.

“Onlar gündən günə zəifləyir”, - Goodluck Jonathan deyib.

Nigeriya hökuməti Boko Harama sərt müqavimət göstərə bilmədiyi üçün tənqid olunur.

Təhlükəsizlik səbəblərinə görə fevralda keçəcək prezident seçkiləri təxirə salınaraq martın 28-nə təyin olunub.

2012-ci ildən bəri Nigeriyanın şimal bölgələrində baş verən zorakılıq 15 mindən artıq adamın ölümünə bais olub.