Boko Haram Maiduguri şəhərinə yenidən hücum edir

Şəklin mənbəyi, EPA

Boko Haram döyüşçüləri Nigeriyada şimal-şərqi Maiduguri şəhərinə yeni hücum həyata keçirməkdədir.

Şahidlər deyirlər ki, şəhərin cənubunda üsyançılarla əsgərlər arasında qızğın döyüşlər gedir və güclü artilleriya atəşi səsləri eşidilib.

Bundan bir həftə öncə Boko Haram döyüşçüləri Borno əyalətinin paytaxtı olan Maiduguriyə hücum etmişdi. İki həftədən sonra Nigeriyada seçkilərin keçirilməsi nəzərdə tutulur.

Maiduguri - şimal-şərqdə hökumətin nəzarəti altında qalan yeganə mərkəzlərdən biridir.

Qonşu Yobe əyalətində yerli siyasətçinin evinin yaxınlığında özünü partladan intiharçı bombaçı ən azı daha yeddi nəfərin ölümünə səbəb olub.