Boko Haram Maiduguri şəhərinə hücum edib

Prezident Goodluck Jonathan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Şənbə günü Nigeriya prezidenti Goodluck Jonathan Maiduguri şəhərinə səfər etmişdi

İslamçı Boko Haram qrupunun döyüşçüləri Nigeriyanın şimal-şərqində yerləşən mühüm Maiduguri şəhərinə hücuma başlayıblar.

Şəhərətrafı ərazilərdə sərt döyüşlər barədə məlumatlar var. Ordu hava hücumlarını həyata keçirir və komendant saatı qüvvədədir.

Maiduguri şəhərində Boko Haramın əlindən qaçan onminlərlə adam yerləşir. Şənbə günü Prezident Goodluck Jonathan buraya səfər etmişdi.

Maidugurinin şimalında yerləşən Monguno şəhərində daha bir Boko Haram hücumubarədə məlumatlar var.

Boko Haram qrupu 2009-cu ildə İslam dövləti yaratmaq niyyətilə partizan əməliyyatlarını başlayıb.

Nəticədə minlərlə adam öldürülüb. Onların əksəriyyəti şimal-şərqi Nigeriyadandır.

İnsan haqları qrupu Amnesty International xəbərdarlıq edib ki, yüzminlərlə dinc sakin "ağır risk altındadır".