Nigeriya: "Boko Haram" silahlıları ölkənin şimalında onlarla adamı öldürüb

Şəklin mənbəyi, AFP
Nigeriyadan verilən xəbərlərə görə, ölkənin şimalında islamçıların həyata keçirdiyi növbəti hücum nəticəsində onlarla adam həlak olub.
BBC müxbirinin sözlərinə görə, Çad gölü yaxınlığında həyata keçirilmiş hücum zamanı göl sahilində balıq satışı ilə məşğul olan 25-dən 50-dək adam ödürülüb.
Yerli sakinlərin ifadələrinə istinad edən BBC müxbirinin məlumatına əsasən, islamçılar əvvəlcə yolu bağlayıblar, sonra onlarla adamın boğazını kəsərək, qalanlarının isə əl-qolunu bağlayaraq gölə atıblar.
Son bir neçə gün ərzində bu, Borno ştatında sayca ikinci irimiqyaslı hücumdur.
Güman edildiyinə görə, həyata keçirilmiş hücum 4 yaraqlının güllələnməsinə cavab olaraq "Boko Haramın" qisas aksiyası olub.
