#BBCAzeriTrending: Twitter 2014-ü "selfie ili" elan edib

Şəklin mənbəyi, Embassy of the Netherlands in Azerbaijan
Əgər bilmirdinizsə, bu il - selfie (avtofotoportret) ilidir.
Bunu 2014-cü ilin trendlərinə baxan Twitter bəyan edib. Amerikalı teleaparıcı Ellen DeGeneres-in Oscar mükafatlarından paylaşdığı selfie üç milyon dəfədən çox paylaşılanda Twitterdə rekordları yeniləmişdi.
Azərbaycanda isə aprelin 8-də Prezident İlham Əliyev Naxçıvanda səfərdə ikən xarici ölkələrin səfirləri ilə <link type="page"><caption> selfie fotosunda</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140408_aliyev_netherlands_selfie.shtml" platform="highweb"/></link> çəkdiriləndə sosial mediada geniş müzakirə olunmuşdu.
"Selfie" termini mikrobloq saytında 92 milyon dəfə istifadə olunmuşdu, bu isə keçən ilə nisbətən 12 qat artım təşkil edir.

Şəklin mənbəyi, TWITTER
Twitter üçün 2014-cü ilin ən böyük hadisəsi Dünya Çempionatı olub. Braziliyada keçirilən tədbirlə bağlı 672 milyon tvit göndərilmişdi.
Dünya Çempionatı həmçinin Facebook-un "ilin trendləri" siyahısına da düşüb (nədənsə, sosial media şirkətləri ilin axırıncı üç həftəsinə məhəl qoymur).
Facebook-un siyahısında ikinci yeri Ebola epidemiyası tutub, baxmayaraq ki, Qərbi Afrikada müzakirələrin böyük hissəsi Facebook kimi açıq platformalarda deyil, çat tətbiqlərində baş verir.
Braziliyada keçirilən seçkilər, "ice bucket challenge" xeyriyyə təşəbbüsü və Qəzzadakı münaqişə həmçinin ilk 10-luğa düşüblər.
Amma qlobal baxımdan ən böyük trend, selfie-dir. Bu cür fotolar sizi də əsəbləşdirirsə, nəfəs alıb 2015-ci ili gözləyin.




