İlham Əliyevin Naxçıvanda səfirlərlə "selfie"si

Şəklin mənbəyi, Embassy of the Netherlands in Azerbaijan
Aprelin 8-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdə ikən Niderland və bəzi digər xarici ölkələrin səfirləri ilə "selfie" (avtofotoportret) fotosunda çəkdirilib.
Niderland Krallığının Azərbaycandakı səfirliyinin çərşənbə axşamı yaydığı foto sosial mediada geniş yayılıb və bəyənilməklə yanaşı, müzakirələrə və bəzi istehzalı şərhlərlə yanaşı səbəb olub.
Bundan sonra "Sancaq" Facebook səhifəsində yayılan foto 200-dən çox dəfə paylaşılıb, 4000-ə yaxın "like" qazanıb, "HamamTimes" səhifəsində isə 150 dəfə paylaşılıb, 300-dən artıq "like" qazanıb.
İlham Əliyev bazar ertəsi Naxçıvana səfərə gedib, səfər zamanı bir sıra açılış mərasimində, o cümlədən, Naxçıvan Beynəlxalq Hava limanının yeni inzibati binasının açılışında iştirak edib.
