Sosial şəbəkə istifadəçiləri öz şəkillərini niyə çəkirlər

Avtoportret

Sosial şəbəkələrdə telefonun ön kamerası ilə çəkilən avtoportretlər populyarlığını itirmir.

İnstagram foto paylaşım saytında hazırda bu tip 23 milyon #selfie (özüm) və 51 milyon #me (mən) sözləri ilə teqlənmiş şəkil paylaşıb.

Rianna, Jastin Bieber, Ledy Gaga və Madonna da sosial şəbəkələrdə belə fotolar yayanlardır.

Britaniyalı model Kelly Bruk isə o qədər avtoportret yayıb ki, sonda bu funksiyanı bloklamak məcburiyyətində qalıb.

Fotoreportyorların kameraları Obamanın uşaqlarının inauqurasiya vaxtı özlərini mobil telefonla çəkməsi anlarını əks etditib.

Hətta astronavt Steve Robinson “Discovery” kosmik uçuşunda iş zamanı özünü çəkib.

Ənənə

Bəs bu ənənə nə vaxtdan yaranıb?

Həlledici məqam ağıllı telefonlarda ön kameranın mövcudluğu ilə başladı və bir neçə saniyə lazımdır ki, siz ön kamera ilə şəklinizi çəkib yayasınız.

İstənilən yerdə və məqamda bir qədər uzaqlıqda tutulmuş əlinizi tərpətmədən çək əmri versəniz, fotonuz hazırdır.

“Baxın, mən hardayam, baxın, nə edirəm, baxın, necə görünürəm”, cümlələri ilə yayılan fotolar bəziləri üçün əsas məşğuliyyətə çevrilib.

Avtoportret

İlk foto avtoportret 1839-cu ildə Robert Kornelius çəkib, lakin onu indiki fotoçəkilişlərin xələfi sayıb-saymamaq sual altındadır.

Prezident Obamanın uşaqları
Şəklin alt yazısı, Obamanın uşaqları özlərini çəkirlər.

“Görünür ki, lazım olan bucağı əldə etmək üçün onun yanında ya dostu, ya da köməkçisi olub”, Kral Foto Cəmiyyətinin baş direktoru və tarixçi Michael Pritchard deyib.

Pritchard-ın sözlərinə görə, ilk 5-10 saniyə taymerli kameralar 1880-ci illərin sonunda olduğundan təcrübə bu dövrdədir.

1860-cı ildə isə vizitka şəklində kiçik foto paylaşımları dəbdə olub.

1948-ci ildə isə Polaroid şirkəti real zamanda foto çəkən və çap edən kameraları təqdim edib, bu qurğular 70-ci illərdən populyarlaşıb.

“Güzgü effekti”

Boston media və psixologiya mərkəzinin araşdırmaçısıPamela Rutledge deyir ki, bəzi insanlar “güzgü effektini” sevir.

“Bu çox şəxsi və anidir. Güzgüdə biz özümüzü canlı və hərəkətli görürük”, Rutledg deyir.

22 yaşlı Emili Cook deyir ki, “saçın və kefin yaxşı olanda belə anları yadda saxlamaq əladır”.

“Amma əgər fotonu tərifləyirlərsə, kefin düzəlir, əks halda daha da betər olursan”, deyən Cook bildirir ki, foto həm də sözləri əvəz edir.

“İşə gedirəm deməkdənsə, iş geyimində şəkil çəkmək olar”.

İmic

Astronavt Steve Robinson
Şəklin alt yazısı, Astronavt Steve Robinson öz şəkilini çəkib.

Nəzəriyyələrə görə, avtoportretlər insanların bizi necə qəbul etməsini istəməyimizlə, hansı imici yaratmağımızla bağlıdır.

Psixoterapevt Aaron Balikin sözlərinə görə, sosial şəbəkələrdə insanlar iki cür fərdiliyə səbəb olur, passiv və aktiv.

Passiv fərdiliyə özümüz barədə yerləşdirdiyimiz məlumatlar, aktivə isə hər gün yaydıqlarımız aiddir.

Bu cür foto-ənənəyə qarşı çıxanlar deyir ki, “özünü aşırı dərəcədə sevmə və özündən razılıq” yaradır.

Tənqidçilərə görə, müasir mədəniyyət insanlara özünü sərgiləməyə icazə vermir.

“Amma, məsələ bizim şəxsi məlumatlarımızın İnternetdə necə görünməsidir”, Rutledge deyir.