Livanda "əl-Bağdadinin qızı və keçmiş həyat yoldaşı saxlanılır"

Abu Bakr al-Bağdadi

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Abu Bakr al-Bağdadi İslam Dövlətinin lideridir. İD Suriya və İraqda böyük ərazilərə nəzarət edir

DNT testləri təsdiq edib ki, Livan, İslam Dövləti (İD) qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin qızını həbsdə saxlayır, ölkənin xarici işlər naziri deyir.

Nohad Machnouk Livanın MTV telekanalına deyib ki, uşağın anası da həmçinin saxlanılır və güman edilir ki, o, Bağdadinin keçmiş həyat yoldaşlarından biridir.

Çərşənbə axşamı Livan təhlükəsizlik rəsmiləri demişdilər ki, onun həyat yoldaşı və oğlu Suriya ilə sərhəd keçid məntəqəsində <link type="page"><caption> saxlanılmışdılar</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/12/141202_baghdadi_wife_lebanon.shtml" platform="highweb"/></link>.

Amma İraq hökuməti daha sonra deyib ki, qadın Bağdadi ilə evlənməmişdi.

Hökumətin dediyinə görə, Saja al-Dulaimi adlı qadın əl-Qaidə qrupunun Suriyadakı filialı olan al-Nusranın fəal üzvünün qızıdır.

Eyni zamanda güman edilir ki, o, Suriya hakimiyyəti tərəfindən saxlanılıb və martda, al-Nusra ilə məhbus mübadiləsi nəticəsində azad edilib.

Hamilə

Çərşənbə günü axşam saatlarında cənab Manchouk MTV kanalına deyib ki, iki həftə öncə xanım Dulaimi iki oğlu və bir qızı ilə səyahətə çıxanda ordu tərəfindən saxlanılıb.

"Hazırda Dulaimi Əbu Bəkr əl-Bağdadinin xanımı deyil. O [Dulaimi], üç dəfə evlənib: birincisi keçmiş İraq rejimindən bir kişi olub, onunla da iki oğlu olub", o deyib.

"Altı il əvvəl o, Əbu Bəkr əl-Bağdadiyə evlənib, bu da üç ay davam edib. [Bağdadidən] bir qız doğub. İndi o, bir fələstinli ilə evlidir və onun uşağı ilə hamilədir".

Nazir əlavə edib: "Biz DNT testləri keçirmişik və onlar təsdiq edib ki, o, qızın anasıdır və Bağdadidən İraqda əldə olunan DNT-ə əsasən qız [Bağdadinin] qızıdır".

Cənab Manchouk deyib ki, xanım Dulaiminin uşaqları yardım mərkəzində saxlanılır, o isə Müdafiə Nazirliyinini qərargahında dindirilir.

İD onların saxlanılmasını şərh etməyib, lakin al-Nusra bu hadisəni pisləyib.