İslam Dövlətinə Bağdadi lazımdırmı?

Şəklin mənbəyi, noncredit
- Müəllif, Aymenn Jawad Al-Tamimi
- Vəzifə, Jihadist groups analyst
Ötən həftə ABŞ aviasiyasının Mosula endirdiyi zərbələr nəticəsində İD rəhbəri Əbu Bəkr əl-Bağdadinin yaralanması və ya öldürülməsi barədə şaiyələr mediada dolaşmaqdadır.
İD mənbələrinin sükuta qapılması əl-Bağdadinin başına bir iş gəlməsindən xəbər verə bilər.
Lakin bu, heç də mütləq bir nəticə deyil, çünki bundan əvvəl bir ara qrupun mətbuat katibinin də hava zərbələrinin birindən öldüyü deyilirdi, lakin xəbər boş çıxdı.
Twitterdə Əl-Bağdadinin sürətlə sağalmas; barədə xəbərlərə də inanmağa dəyməz, çünki həmin mənbələrin İD-ə bağlılığı şübhə doğurur, əks halda Twitter bu səhifələri çoxdan bağlayardı.
Bu xəbərlər qalsın bir tərəfə, "Bağdadi olmazsa, İD davam gətirə bilərmi" sualı maraq doğurmaqdadır.

Şəklin mənbəyi, noncredit
2014-cü ilin yayında peyda olmuş İD özünü hələ keçən ildən xəlifə elan etmiş Bağdadinin şəxsiyyətinə kökləndirib.
İlk olaraq İraq İslam Dövləti (İİD) adını götürmüş qrup məhz Bağdadı tərəfindən 2013-cü ildə İraq və Şam İslam Dövləti (İŞİD) adlandırılmışdı.
İŞİD çoğrafiyası İraq və Suriyada yaransa da, bu qurum gələcəkdə yeni əraziləri əhatə edərək genişlənməyi qarşısına məqsəd qoyub.
Digər tərəfdən, Əl-Qaidənin, ola bilsin ki, uzaq perspektivə hesablanmış layihəsinə aid olan İİD müstəqil əmirlik kimi yaradılmışdı.
Kimlər?
İİD-dən İŞİD-ə keçid "ümidverici xilafət layihəsi" şüarları və "Bağdadi ətrafında sıx birləşək" kimi mahnılarla yadda qaldı.
Beləliklə, İD-nin dövlət və xilafət olmaq iddiası birbaşa Bağdadi şəxsiyyətinə bağlıdır.
İlk mərhələdə audio müraciətlər yaymaqla kifayətlənən əl-Bağdadinin Şəriət qanunvericiliyi sahəsində bilikləri və Məhəmməd peyğəmbər nəslinin törəməsi oluğunu iddia etməsi nüfuzunun güclənməsinə işləyib.

Şəklin mənbəyi, BBC World Service
Digər bir problem, ölümü təsdiqlənərsə, Bağdadiyə ona bərabər əvəz tapmaqdır.
İD qurumunda özünün xəlif vəzifəsinə iddiallarını aşıq şəkildə ictimaiyyət qarşısında bəyan edən və Bağdadi səviyyəsində Şəriətdən başı şıxan ikinci şəxs yoxdur.
Bundan əlavə, İİD-in qonşu ərazilərə məhz Bağdadinin dövründə genişlənməsi və dövlət atributlarını təsis etməsi onun nüfuzunun daha da güclənməsinə gətirib.
İD-nin xilafət yaradılması bəyannaməsinə xeyir-dua verdikləri güman ediən qurumun yüksək rütbəli Şura üzvləri naməlum olaraq qalmaqdadır.
İD-nin mətbuat katibi Adnani, səhra komandirləri Ömər Şişəni və Şakir Əbu Vahib kimi qurum liderlərinin Bağdadinin xələfi olacağı güman edilmir.
''Köhlən at"
Bu səbəbdən, əl-Bağdadinin davamçısı tez bir zamanda müəyyən edilməsə, o, qurum üzvləri və dünya müsəlmanları tərəfindən qəbul olunmasa, İD rəhbərinin ölümü ABŞ-ı çaşbaş vəziyyətə sala bilər.
Qrupun sıravi üzvləri arasında möhkəm birliyin olmasına şübhə yox. İD-nin Jamaat Ənsar əl-Islam kimi eyni məqsədləri paylaşan dəstələri xilafət ideyasının bəyan edilməsini böyük üstünlük, məfkurə yarışında qələbəni təmin edən "köhlən ata" bənzədirlər.
Xilafət məfkurəsinin tərəfdarları bu ideya olmasa inam zəifləyəcəyini, İD-ə sadiqlik andı içənlərin sayınıın getdikcə azalacağından ehtiyat edirlər.
Belə olarsa, o zaman İD üzvləri yenidən əvvəlki qruplarına üz tutacaqlar, nəticədə isə İD sıraları seyrələcək.




