İD liderinin xanımı Livanda saxlanılıb

bagdadi

Şəklin mənbəyi,

Şəklin alt yazısı, Yerli mətbuat Bağdadinin xanımın Livanın müdafiə nazirliyində dindirildiyini bildirir.

Livanın təhlükəsizlik qüvvələri İslam Dövlətinin (İD) lideri Abu Bakr al-Bağdadinin xanımı və oğlunu Suriya sərhədi yaxınlığında saxlayıb, ordudan bildirilib.

Adı çəkilməyən cütlüyün Livana daxil olandan 10 gün sonra hərbi kəşfiyyat tərəfindən tutulduğu deyilir.

“The al-Safir” qəzetinin yaydığı məlumata görə, Bağdadinin xanımı Livanın müdafiə nazirliyində dindirilib.

İyun ayında Bağdadi, İD tərəfindən nəzarət edilən Suriya və İraqın bəzi hissələrində yaradılmış “xilafət”in lideri elan olunub.

Keçən ay qruplaşma, Bağdadinin İraqın şimalındakı Mosul şəhərində, ABŞ qüvvələri tərəfində hava zərəbələri vasitəsilə qətlə yetirilməsi və ya yaralanması ilə bağlı xəbərləri təkzib edib.

Onların yaymış olduğu səsyazma vasitəsilə isə Bağdadi olduğu iddi edilən şəxs, İD döyüşçülərinin “son əsgərlərinə qədər” döyüşü davam etdirəcəyini söyləyir.