İD üzvləri 'hərbi təyyarə sürməyi öyrənirlər'

Şəklin mənbəyi, BBC World Service
İD-ə qoşulmuş iraqlı pilotlar İD üzvlərinə Suriya ərazisində təyyarə sürməyi öyrədirlər, Britaniyada mənzillənən fəallar qrupu bildirib.
Həmin mənbəyə əsasən İD döyüşçüləri 3 hərbi təyarrəni ələ keçirə biliblər.
Suriya İnsan Haqları Müşahidəsi qrupu (SOHR) şahidlərin Hələb yaxınlığındakı hərbi aeroport ətrafında təyyarələrin uçduğunu söylədiklərini bildirib.
Bu arada İraq qüvvələri Tikrit yaxınlığında İD-ə qarşı hücuma keçiblər.
SOHR rəhbərinin sözlərinə görə, İraqda Səddam Hüseyn dövründə qulluq etmiş zabitlər Suriyada İD döyüşçülərinə təyyarə sürmək dərsi keçirlər.

Şəklin mənbəyi, BBC World Service
Şahidlər təyyarələrin MiG-21 və ya MiG-23 modelinə bənzədiyini söyləyiblər.
Bağdadda BBC-dən Sally Nabil İD-in Hələb və Raqqada Suriya hərbiyyəsinə məxsus 3 hərbi təyyarəni ələ keçirdiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Patrick Ryder Reuters agentliyinə İD-nin Suriya və digər ərazi üzərindən uçuş əməliyyatı keçirdiyi barədə Pentaqonda məlumatın olmadığını deyib.




