İsrail Qəzzanı "intensiv" atəşə tutub

Qəzza

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Məhəllələrdən birində 50-dən çox insan həlak olub.

İsrail Qəzzanı indiyədək müşahidə edilmiş "ən güclü atəş zərbəsinə tutub", nəticədə onlarla adam həlak olub.

İsrailin son hərbi əməliyyatı başlanandan Qəzza zolağı ən güclü bomba atəşinə tutulub.

Qəzzanın şərqində, Shejaiya məhəlləsində 50-dən çox insan həlak olub, fələstinli həkimlər bildirib.

Şahidlərin söylədiklərinə görə həlak olanların cəsədləri küçələrdə qalmaqdadır.

Bundan qabaq İsrail 13 gün bundan əvvəl Həmas yaraqlılarına qarşı başladığı hərbi əməliyyatının genişləndirdiyini bildirmişdi.

Əməliyyatın gücləndirildiyini elan etdikdən bir neçə saat sonra İsrail hərbiyyəsi Shejaiya məhəlləsində 2 saat ərzində humanitar dəhlizin yaradılmasına razılıq vermişdi.

Lakin BBC müxbirlərinin məlumatına əsasən, humanitar dəhlizın yaradılması üçün atəşkəs elan olunduqdan təxminən 1 saat sonra atışma səsləri yenidən eşidilməyə başlayıb.

Fələstinli səhiyyə rəsmilərinə əsasən, İsrailin hərbi əməliyyatı başlanandan həlak olan fələstinlilərin sayı 400 nəfəri aşıb, .

BMT–nin qeyd etdiyinə görə əsasəm həlak olanların əksəriyyəti mülki əhalidir.