İsrailin xəbərdarlığından sonra fələstinlilər şimali Qəzzanı tərk edir

Şəklin mənbəyi, Reuters
İsrailin Qəzzaya hava hücumları və İsrailə raket hücumları davam edərkən İsrailin fələstinli döyüşçülərə qarşı əməliyyatı yeddinci günündədir.
Fələstin rəsmiləri Qəzzada İsrailin hava hücumları nəticəsində son həftə ərzində 172 nəfərin öldürüldüyünü bildirir.
İsrail deyir ki, həmin vaxt ərzində Qəzzadan 1000 raket atılıb. İsrail həmçinin bazar ertəsi günü Ashdod yaxınlığında fələstinli pilotsuz təyyarəni vurduğunu bildirir.
İsrailin hücumlar barədə xəbərdarlığından sonra minlərlə fələstinli Qəzzanın şimali hissələrini tərk edib.
İsrail ordusu Beit Lahiya şəhərciyinə vərəqələr ataraq gələcək hücumlar barədə sakinləri xəbərdar edib.

Şəklin mənbəyi, BBC World Service
Qurudan hücum etməyə hazır olduğunu bildirən İsrail Qəzza sərhədində minlərlə əsgər toplayıb.
Fələstin ərazisinin Səhiyyə Nazirliyi Qəzza sektorunda İsrailin hava hücumlarında həftədə 172 nəfərin həyatını itirdiyini hesablayıb. Həkimlərin məlumatına görə, 1200 nəfər havadan zərbələr nəticəsində yara alıb.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, AFP
BMT təxmin edir ki, Qəzzada öldürülənlərin 77 faizi mülki şəxslər olub.
Amma İsrailin müdafiə qüvvələrinin sözçüsü Peter Lerner deyib ki, fələstinlilərin həlak olanlar barədə məlumatları Həmas mənbələrindən gəlir və obyektiv deyil.
BBC müxbiri ilə söhbətində məmur təmsil etdiyi qurumun dinc əhali arasında itkiləri hər vəchlə minimuma endirməyə cəhd etdiyini və dinc əhalinin həlak olmasından qorxduğu üçün "terrorist liderlərə" hücumu dayandırdığını qeyd edib.
Cənab Lernerin sözlərinə görə, Həmas təmsilçiləri dinc əhalini "qəsdən" İsrail hava hücumu qüvvələrinin zərbələri altına qoyur.
Bazar ertəsi ərəb ölkələrinin xarici işlər nazirləri münaqişəni müzakirə etmək üçün Qahirədə görüşəcəklər.




