İsrail Qəzza zolağını intensiv atəşə tutub

Şəklin mənbəyi, Reuters
Ötən gecə İsrail ordusu Qəzza zolağının təhlükəsizlik qüvvələrinə məxsus mənzil-qərargahı və polis məntəqəsinə hava zərbələri endirib.
Məlumatlara görə, İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatı iyulun 8-dən başlanan dövrdən indiyədək keçirilən zərbələrin ən şiddətlisi olub.
İsrail hərbiyyəsi fələstinlilərin İsrail tərəfinə raket atəşi açdıqları Qəzza zolağı ərazisində qısa sürən əməliyyat keçiriblər.
İsrail tərəfinin bəyanatına əsasən şənbə günü ərzində Qəzza zolağından fələstinlilər İsrailə tərəf 90-a yaxın raket buraxıblar.
Qəzza zolağı rəsmilərinin sözlərinə görə, İsrailin keçirdiyi hava zərbələri nəticəsində 159 fələstinli həlak olub.
Fələstin tərəfi həlak olanlanların əksəriyyətinin dinc sakin olduğunu bildirib.
