Hava hücumlarına davam edən İsrail Qəzzalıları evlərini tərk etməyə çağırır

Şəklin mənbəyi, BBC World Service
Hava hücumlarına davam edən İsrail şərqi və şimali Qəzzada yaşayan minlərlə fələstinlini evlərini tərk etməyə çağırıb.
Misirin çərşənbə axşamı günü etdiyi barışıq təklifi Həmasın və digər qrupların İsrailə raket atəşini dayandırmadı.
İsrail tərəfindən ilk ölüm hadisəsi çərşənbə axşamı baş verib. İsrailin məlumatına görə gecə vaxtı Qəzzaya edilən hücumlarda Həmas döyüşçüləri öldürülüb.
Fələstin rəsmiləri deyirlər ki, İsrailin hücumları nəticəsində indiyədək 204 adam həlak olub, onlardan 10 nəfəri ötən gecə öldürülüb.
Məlumata görə öldürülənlər arasında beş aylıq körpə də var.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, Getty
İsrail Qəzzaya qarşı əməliyyatını iyulun 8-də başlayıb.
Əməliyyatın rəsmi məqsədi Fələstinin İsrailə raket hücumunu dayandırmaqdır, amma Birləşmiş Millətlər Təşkilatı deyir ki, Qəzzada öldürülənlərin əksəriyyəti dinc əhali olub.
