Netanyahu: İsrail Qəzzaya qurudan hücumu xeyli genişləndirməyə hazırdır

Binyamən Netanyahu

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İsrail qurudan hücumunu "xeyli genişləndirməyə" hazırdır, Binyamən Netanyahu deyib

İsrail Qəzza Zolağındakı döyüşçülərə qarşı başladığı qurudan hücumunu "xeyli genişləndirməyə" hazırdır, Baş nazir Binyamin Netanyahu deyib.

Onun sözlərinə görə, əsgərlər Həmasın tunel şəbəkəsini hədəfə alıb, bunu isə "yalnız havadan etmək" mümkün deyil.

Cümə axşamı gecə saatlarında minlərlə əsgər Qəzzaya tankla hücuma keçib.

Qəzzanı idarə edən fələstinli Həmas qrupu deyib ki, İsrailin hərəkətləri ona "baha başa gələcək".

Qəzzanın səhiyyə nazirliyi bildirib ki, cümə axşamı gecə başlayan hücum əməliyyatına görə indiyədək 24 fələstinli öldürülüb, 200 nəfər xəsarət alıb.

Ölənlər arasında beş aylıq körpə və daha iki uşaq var idi, fələstinli həkimlər AFP agentliyinə bildirib. İsrail deyib ki, gecə 14 "terrorçunu" öldürüb.

Güclü zərbə

Qəzza

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ölənlər arasında çoxlu uşaq var. Bu fələstinli oğlan Qəzzaya hava hücumunda xəsarət alıb
Həmas hücumu

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İsraillilər Həmasın raket hücumundan qorunmağa çalışır (17 iyul)

Eyni zamanda İsrail əməliyyat nəticəsində ilk əsgərini itirdiyini bildirib.

İsrail tankları

Şəklin mənbəyi, Other

Şəklin alt yazısı, İsrail tankları Qəzzaya doğru gedir. 18 iyul 2014

Cümə axşamı İsrail ordusu 11 günlük hərbi əməliyyatını genişləndirərək "Həmasa güclü zərbə yetirmək üçün" fələstinli döyüşçülərə qarşı qurudan hücuma başlayacağını bəyan edib.

İki tərəf arasında davam edən güclü raket atəşi və hava hücumlarından sonra İsrailin Baş naziri Binyamən Netanyahu hücum barədə göstəriş verib.

Fələstinli qadın

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, BMT-nin məlumatlarına görə, Qəzzada həlak olan sakinlərinin çoxu mülki şəxslərdir
Dəmir qübbə

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İsrailin Dəmir Qübbə müdafiə sistemi Qəzzadan atılan yüzlərlə raketi dayandırıb

İsrailin iyulun 8-də başlayan hərbi əməliyyatı 258 fələstinlinin ölümünə səbəb olub, onlardan dörddə üçü mülki şəxs olub, Qəzza rəsmiləri deyir.