Nigeriyada ən azı 118 nəfəri öldürən partlayışlar pislənir

Şəklin mənbəyi, AFP

Nigeriya prezidenti Goodluck Jonathan Jos şəhəri yaxınlığında 118 nəfərin ölümünə səbəb olmuş iki bomba partlayışını pisləyib.

Cənab Jonathan deyib ki, hücumu planlaşdıranlar "qəddar və şeytan"dır.

Dükan və xəstəxananı hədəf alan partlayışların səbəb olduğu dağıntılar altında daha çox insan olması ehtimal edilir.

Uzun müddətdir ki, Nigeriya islamçı nun təhdidi ilə üz-üzədir. Ötən ay Boko Haram 200 məktəbli qızı qaçırıb.

Hər iki partlayış arasında 30 dəqiqə zaman olub. İkinçisində ilk partlayışın nəticələrin aradan qaldırmağa çalışan xilasedicilər də həyatını itirib.

Prezident Jonathan deyib ki, o, cəmiyyətin tənqidlərinə baxmayaraq terrorizmlə mübarizə aparır.

"Prezident Jonathan bütün nigeriyalıları əmin edir ki, hökümət terrora qarşı müharibədə qalib gəlmək istəyir.. insan inkişafı və sivilizasiyanın düşmənlərinin vəhşiliklərinin qabağından qaçmayacaq", prezidentin ofisi məlumat yayıb.

Şahidlər hadisə yerini ölmüş və ağır yaralanmış insanların olduğu əzazil yer kimi təsvir edib.

Partlayışdan 8 saat keçsə də, hələ də vəziyyət ələ alına bilməyib.

Onlarla ölmüş və yaralanmış insan dağıntılar altında qalarkən ikinci avtomobil partlayıb, şahidlər deyib.

"Yanğınsöndürənlər hələ də bir neçə alov mənbəyini söndürməyə çalışır. Bilirik ki, daha çox meyit tapacağıq", Milli Fövqəladə İdarəsi Agentliyinin sözçüsü deyib.

Regional qubernator ofis AFP agentliyinə bildirib ki, qurbanların çoxu qadındır.