Ukrayna rusiyapərəst fəallara amnistiya təklif edir

Şəklin mənbəyi, BBC World Service
Ukraynanın şərqi şəhərlərində binaları zəbt edən rusiyapərəst fəallar silahlarını təhvil versələr Ukrayna onları məhkəməyə cəlb etməyəcək, Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov deyir.
Separatçılar Luqansk və Donetsk şəhərlərində dövlət binalarını ələ keçiriblər. Kiyev hakimiyyəti deyir ki, onların hərəkətləri Rusiyaya işğal üçün bəhanə verə bilər.
Moskva bunu rədd etsə də, Ukrayna Rusiyanı iğtişaş oyandırmaqda ittiham edir.
NATO deyir ki, Ukrayna sərhədinin yaxınlığında 40 000-dək Rusiya əsgəri var.
"Prezident əmri"
Ukrayna şərqdəki separatçılar probleminə qarşı "anti-terrorçu" adlandırdığı əməliyyat həyata keçirməyə başlayıb. Çərşənbə günü Kiyev deyib ki, qarşıdurma 48 saat ərzində bitməlidir.
Cümə axşamı cənab Turçinov Kiyevdəki parlamentdə deyib ki, "silahlarını təhvil verib binaları tərk edənlərə qarşı məhkəmə işi qaldırılmayacaq".
"Bunu prezident əmrilə etməyə hazıram", o əlavə edib.
Ukrayna narahatdır ki, rusiyalı separatçıların hərəkətləri Krımda, Rusiya əsgərləri yarımadanı anneksiya edəndən bir neçə gün əvvəl baş verən etirazlara oxşar provokasiyadır.
Şərqdəki separatçılar tələb edirlər ki, özünüidarə hüququ barədə referendum keçirilsin. Donetsk artıq "xalq respublikası" <link type="page"><caption> elan olunub</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/04/140407_east_ukraine_protests.shtml" platform="highweb"/></link>.
Çərşənbə günü ABŞ Dövlət Katibi John Kerry və Rusiyanın XİN başçısı Sergey Lavrov razılaşıblar ki, şərqi Ukraynadakı vəziyyət sülh yolu ilə həll olunmalıdır, rəsmilər deyib.
Gələn həftə ABŞ, Aİ, Rusiya və Ukraynanın böhranı müzakirə etmək üçün görüşü <link type="page"><caption> gözlənilir</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/04/140409_meeting_ec_ukrain_russia.shtml" platform="highweb"/></link>.




