Kerry və Lavrov bir gündə iki dəfə Ukraynanı müzakirə edib

Şəklin mənbəyi, RIA Novosti
ABŞ Dövlət katibi John Kerry bir gündə iki dəfə telefonda Rusiya xarici işlər naziri Sergey Lavrovla Ukraynadakı vəziyyəti müzakirə edib, ABŞ Dövlət Departamenti məlumat yayıb.
Amerika xarici siyasət qurumunun bəyanatında cənab Kerry və cənab Lavrovun çərşənbə günü axşam telefon danışığı zamanı siyasi məqsədlərə nail olmaq üçün gücdən istifadədən imtina edərək "Ukraynanın şərqində önəmli şəhərlərdə təhlükəsizliklə bağlı vəziyyətin düzəlməsinin önəmini müzakirə ediblər".
Nazirlər həmçinin Suriyadan kimyəvi silahın gətirilməsini də müzakirə ediblər.
Bundan öncə çərşənbə günü iki nazirin daha bir danışığı baş tutub.
Söhbət zamanı Kerry Amerikanın özəl müzafizə firması “Greystone”nun əməkdaşlarının Ukraynanın şərqində sabitliyin təmin etmək üçün hakimiyyət tərəfindən istifadə olunduğu barədə məlumatları təkzib edib.
