ABŞ Rusiyaya xəbərdarlıq edib

Kerry və Lavrov

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Kerry və Lavrov Ukraynanın şərqində baş verənləri telefonda müzakirə edib

ABŞ rusiyameylli etirazçıların üç şəhərin dövlət binalarının ələ keçirməsidən sonra Ukraynanın şərq regionunda gərginliyin artması ilə əlaqədar "böyük narahatlığını" ifadə edib.

Dövlət katibi John Kerry Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon söhbətində bəyan edib ki, Rusiyanın Ukraynada sabitliyin pozulmasına istiqamətlənən istənilən cəhdlərinin nəticəsi ağır olacaq. Kerry və Lavov həmçinin yaxın 10 gündə birbaşa danışıqların aparılması imkanını da müzakirə ediblər.

Bazar ertəsi Donetsk, Luqansk və Xarkovda rusiyameylli fəalların regional administrasiya binaları və Ukrayna Təhlükəsizlik Xidmətinin binasını ələ keçirməsi ilə müşaiyət olunan separat etirazlar keçirilib. Ukrayna hakimiyyəti bu regionlara güc strukturlarının rəhbərlərini göndərib.

Donetsk və Xarkovda "xalq respublikası"nın yaradıldığı elan olunub.

Ukrayna ilə sərhəddə Rusiya ordusunun sayı on minlərlə hesablanan əhəmiyyətli hissəsi cəmlənib. Ukraynaya müdaxilə etmək məqsədinin olmadığı haqda əminlik ifadə olunsa da, Rusiya hakimiyyəti "rusdilli əhalini qorumaq" hüququnu özündə saxlayıb.

Gərginliyi çalxalamaq

Amerika Dövlət Departamentinin təmsilçisi Jen Psaki deyib ki, Lavrovla telefon danışığı zamanı Kerry Rusiyanı "ictimai şəkildə separatçılar, təxribatçılardan üz döndərməyə" çağırıb.

Onun sözlərinə görə, Kerry Ukraynanın şərqində baş verən hadisələrin qəfil və təbii görünmədiyinə işarə edib.

"Yaxşı məlumdur ki, bu regionlarda çıxış edənlər rusiyameylli separatçılardır. Kifayət qədər əsaslı gümanlar var ki, bu etirazçılardan bəzilərinə pul ödənilir və onlar yerli sakinlər deyil. Bunların hamısı bizdə ciddi narahatçılıq doğurur", Pkasi qeyd edib.

Rusiya haqqında tədbir görülməsi haqda sualı cavablandırarkən Dövlət Departamentinin nümayəndəsi bəyan edib ki, Rusiya Ukraynaya müdaxilə etsə, ABŞ bütün məsələləri sülh yolu ilə həll etməyi planlaşdırır.

"Bizim məqsədimiz hətta narahatlıq yaradan addımlar atılsa belə, diplomatik yolu davam etməyə yönəlib", o deyib.

ABŞ və Avropa İttifaqı artıq Ukrayna və Rusiya rəsmi şəxsləri və birləşdirilmiş Krımla əlaqəli iş adamları haqda ünvanlı sanksiyalar tətbiq edib.

"Guardian" qəzetində dərc olunan Rusiya xarici işlər naziri Sergey Lavrovun şərhində deyilir ki, Ukraynada vəziyyətin qeyri-sabitliyində Moskvanı yox, Qərbi günahlandırmaq lazımdı.

Lavrovun sözlərinə görə, ABŞ və Aİ bu regiona münasibətdə "faydasız və təhlükəli" siyasət yürüdüb.

"Onlar Ukraynanı Qərb və Şərq arasında ağrılı seçim etməyə məcbur etməklə daxildə fikir ayrılığını dərinləşdirməyə cəhd edirdilər", rusiyalı nazirin şərhində belə deyilir.

O, həmçinin rusiyameylli etirazçılara qarşı güc tətbiq etməklə bağlı Kiyevə xəbərdarlıq edib. Rusiya XİN-i eyni zamanda Ukraynanın şərqində baş verən hadisələri diqqətlə izlədiyini açıqlayıb.