Parisdə Ukrayna böhranı danışıqları gedir

Şəklin mənbəyi, AP
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Parisdə ABŞ, Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin Ukrayna böhranı barədə birgə müzakirələri başlayıb.
ABŞ, Ukrayna və Britaniya diplomatları istəyir ki, beynəlxalq müşahidəçilər təcili surətdə Krıma və şərqi Ukraynaya baş çəksin və Ukrayna və Rusiya arasında birbaşa danışıqlar keçirilsin.
Rusiya isə etnik rusların Ukrayna hökümətində daha çox nümayəndə ilə təmsil olunması çağırışına meylli görünür.
Aİ bildirib ki, Ukraynaya 11 milyard avro həcmində yardım göstərə bilər, həmçinin Ukrayna büdcəsini mənimsəməkdə ittiham edilən 18 nəfər barədə sanksiyalar tətbiqi planlaşdırılır.
Ukrayna iqtisadiyyatının dirçəldilməsi üçün qarşıdakı iki ildə 35 milyard avro lazımdır.
Donetsk regionunda isə son günlərdə ikinci dəfə yüzlərlə Rusiya tərəfdarı mitinqə başlayıb.
Krımda Rusiyapərəst nümayişçilər öz bazalarını tərk etməyən ukraynalı qoşunlara yemək gətirən ailələrə üz çevirib.
Rusiya qüvvələri Krımda Ukraynanın iki hava hücumundan müdafiə sistemini zəbt edib, təsdiqlənməyən məlumatlarda deyilir.
ABŞ müdafiə katibi Chuck Hagel açıqlayıb ki, ABŞ hərbisi Polşa və Baltikyanı ölkələrlə hərbi əməkdaşlığı genişləndirməyi planlayır.
Parisdə Yelisey prezident sarayında Rusiya, ABŞ, Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin Ukrayna böhranı barədə birgə müzakirələri davam edib.
Bundan əvvəl, cənab Lavrov Ukraynada silah vasitəsilə hakimiyyət dəyişikliyini pisləyib. Lakin fikir ayrılıqlarına baxmayaraq, hər iki tərəf danışıqlara başlamaq üçün hazır olduqlarını açıqlayıb.
Həmçinin NATO və Rusiya Brüsseldə paralel danışıqlara başlayacaq.
Günün əsas hadisələri
18:39: Parisdə Yelisey prezident sarayında ABŞ, Rusiya, Britaniya, Fransa və Almaniya xarici işlər nazirlərinin Ukrayna böhranı barədə müzakirələri başlayıb. (Reuters)
18:34: Xarkovda Rusiya tərəfdarlarının hər an başlaya biləcək nümayişinə 500-ə qədər insan var. Hələlik gərginlik müşahidə edilmir, BBC müxbiri Andrew Hosken bildirir.
18:23: Avropa Bərpa və İnkişaf Bankı bildirib ki, iqtisadi yenidənqurma üçün Ukraynaya qarşıdakı 6 il ərzində 5 milyard avro həcmində yardım təklif edəcək. (Reuters)
18:14:QAYNAR XƏBƏR - ABŞ, Ukrayna və Britaniya nazirləri beynəlxalq müşahidəçilərin təcili surətdə Krıma və şərqi Ukraynaya getməsi ətrafında razılığa gəlib. (Reuters)
18:11: Parisdə ABŞ, Ukrayna və Britaniya xarici işlər nazirləri razılaşıb ki, gərginliyi yumşaltmaq üçün Ukrayna və Rusiya arasında beynəlxalq icmanın da iştirakı ilə birbaşa danışıqlar mühümdür.
17:55: Çərşənbə günü Bakı vaxtilə saat 8-də həm Donetskdə Aİ tərəfdarları, həm də Rusiyapərəstlər nümayişlər keçirməyi planlayır. Yeni təyin edilmiş qubernator Serhiy Taruta polisə Aİ tərəfdarlarını Rusiya tərəfdarlarının mümkün hücumlarından qorumağı əmr edib, yerli Novosti.dn.ua bildirir.
17:39: Prezident Putin deyir ki, Ukrayna böhranı Rusiya, Belorus və Qazaxıstanın daxil olduğu gömrük ittifaqına məfi təsir göstərə bilər. Cənab Putin ixracçıları qorumaq üçün ölçülər götürməyə çağırıb. (Reuters)
17:35: Aİ press reliz yayaraq bildirib ki, Ukrayna büdcəsini mənimsəmək ittihamı ilə 18 nəfər barəsində sanksiya veriləcək.
17:28: ABŞ Dövlət Katibi John Kerry və Aİ liderləri hələ də Rusiya ilə Ukraynanın müvəqqəti liderləri arasında birbaşa əlaqələr yaratmağa çalışır. BBC diplomatiya müxbiri Bridget Kendall deyir ki, birbaşa danışıqlar bir masa arxasına yığışmaq kimi olmasa da, ya vasitəçilərlə, ya da beynəlxalq saziş imzalatmaqla mümkün ola bilər.
17:26: ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer deyib ki, "Ümidimiz budur ki, monitorinq missiyasi birgə edəcəyəmiz nəsə olacaq və Rusiya Federasiyana qoşunlarını bazalara geri çağırmaq kimi düzgün qərar vermək şansı vərəcək"
17:25: ATƏT tərkibində 18 ölkədən silahsız izləyicilər Ukrayna göndəriləcək. ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer bildirir ki, o, Rusiyanın monitorinq prosesində əməkdaşlıq edəcəyinə ümid edir.
16:58: NATO rəhbəri sabah Ukraynanın baş naziri ilə görüşəcək BBC-dən Steve Rosenberg məlumat verir.
16:54: Donetskda şəhər administrasiyası binası bombadan təmizlənib. (BBC)Jonathan Twigg BBC News
16:44: Donetsk şəhər administrasiyası binasının qarşısında təxminən iki yüz Rusiyapərəstlərin nümayişində 80-ə yaxın polis var. Nümayiş lideri Pavel Gubarev deyib ki, "bugün biz binaya bir daha girəcəyik".

16:40: Donetskda regional və şəhər administrasiyası binasının həyətinə bomba məhvedən maşın gətirilib, BBC müxbiri Lina Kuşç bildirir. Yerli polis bildirib ki, bu yük maşını binanın birinci mərtəbəsində tapılan partlayıcı maddəni məhv etmək üçün istifadə ediləcək.
16:38: Rusiya prezidenti Vladimir Putin 2014 Nobel Sülh Mükafatı nominantıdır. (Reuters)
16:33: Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib ki, "Krım Respublikasının əlavə muxtariyyət alması" məsələsinə xüsusi iş gücü sərf edilməlidir (AP).
16:32: Cənab Cameron deyir ki, o, atılacaq addımlar barədə bu günorta prezident Obama ilə danışacaq, Almaniya Kansleri Merkellə görüşəcək və sabah Avropa İttifaqı Şurasından öncə Fransa prezidenti Hollande ilə görüş keçirəcək
16:32: Baş nazir David Cameron Ukraynada Rusiyanın hərəkətlərinə ehtimal edilən cavablar barədə Britaniya deputatlarına deyib ki, "Diplomatik, iqtisadi və siyasi addımlar atacağımızı dedikdə, hər şey nəzərdə tutulur".
Lakin o vurğulayıb ki, hər bir addım "bizim avropalı və amerikan tərəfdaşlarımızla razılaşdırılmalıdır"
16:29: Ukraynanın baş naziri Arseny Yatseniuk deyir ki, Krım Ukraynanın tərkibində qalmalıdır, lakin muxtariyyət hüququnu saxlaya bilər. (AP)
16:28: Yeni hökümət tərəfindən ölkənin ən varlı şəxslərindən birinin, "dəmir baronu" Sergey Tarutanın Donetskda regional qubernator təyin edilməsi nüfuzlu şəxslərin yeni höküməti dəstəklədiyini göstərir. Bir vaxtlar onlar prezident Yanukoviçi dəstəkləyirdi, Reuters yazır.
16:25: Britaniyanın baş naziri İcmalar Palatasına bildirib ki, "biz Soçi Paralimpiya Oyunlarına krallıq və rəsmi ziyarətləri saxlamışıq. İndiki status-kvonı nəzərə almaqla, başqa addımlar da atmalıyıq. Biz həmçinin Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmətsizlikdən çəkindirmək üçün başqa hansı- siyasi, iqtisadi və diplomatik addımlar atacağımızı düşünməliyik".
16:21: "Bu gün məqsəd Rusiyanı diplomatik proseslərə gətirməkdir.. ən azından proseslərə başlamaqdır", Britaniyanın xarici işlər naziri William Hague cənab Kerry və Ukraynanın müvəqqəti xarici işlər naziri Andriy Deşçitsya ilə danışıqlardan sonra bildirib. (AFP)
16:16: ABŞ Dövlət Katibi John Kerry Parisə Prezident sarayına çatıb. Əvvəlcədən planlaşdırıldığı kimi o, Livan barəsində konfransda iştirak edəcək, amma danışıqların Ukrayna böhranı haqqında olacağı da gözlənilir.
16:01: BBC Rusca Xidmətinin prodüseri Oleg Boldırev Krımda, Yevpatoriyada Ukrayna hava hücumundan müdafiə sisteminin içərisindədir. O deyir ki, Ukrayna komandirinə Rusiya tərəfdən bütün silahlara qadağa qoymaqla Ukrayna qoşunlarını silahsız qoymaq əmri verilib.
15:37: Britaniya hökuməti Rusiyaya silah eksporty lisenziyalarına yenidən baxacaq, BBC xəbər verir. Britaniya Rusiyanı silahla təchiz etməsə də, hərbi maşın və dəzgahlar üçün hissələr ixrac edir.
15: 32 Avropa Komissiyası Prezidenti Jose Manuel Barroso Ukraynaya növbəti bir neçə il ərzində 11 milyard avroluq yardım paketini elan edib.
15:30: Rusiya Ukrayna elektrik stansiyalarına nüvə yanacağı təchizatını "qeyri-sabitliyə görə" dayandırıb. Bu isə o deməkdir ki, Ukraynada təchizat aprelin sonunadək tükənəcək, Rusiya Baş nazirinin müavini Dmitriy Roqozin deyib. (BBC Monitoring/Interfax)
15:29: Prezident Putin deyir ki, siyasi gərginliyin Rusiyanın "ənənəvi tərəfdaşları" ilə iqtisadi əməkdaşlığına mane olmasını istəmir.
15:27:QAYNAR XƏBƏR - ABŞ və Britaniya Rusiya və Ukraynanı Paris görüşü üçün bir araya gətirə bilmədi, ABŞ Dövlət katibi John Kerry deyib, Reuters xəbər verir.
14.45 Krımın yeni höküməti Rusiya-Tatarıstan Respublikası ilə iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb, Itar-Tass agentliyi yazır.
Müqavilə Simferopolda Krım lideri Sergey Aksyanov və Tatarıstan prezidenti Rustam Minnixanov arasında imzalanıb.
14.34 Saytlarda yayılan bir videoda təsvir edilir ki, üzərində heç bir işarə olmayan hərbi formalı bir kişi Rusiyadan olduğunu deyir. Cənab Lavrov deyib ki, "bu araqarışdırmadır, əlbəttə".
Almaniya hərbisinə aid təyyarə Maydanda yaralanmış 50 ukraynalını tibbi yardım üçün Avropa ölkələrinə aparacaq, rəsmilər AFP agentliyinə deyib.
14.30 Rusiyapərəst silahlılar etnik rusların üstünlük təşkil etdiyi Krımda Ukrayna qoşunlarını barikadalara sıxışdıraraq nəzarəti ələ alıb.
14.14 Krımda Ukrayna komandanlığı və nəzarət gəmisi iddia edir ki, gəmiyə müdaxiləni dəf edib, BBC müxbiri Christian Fraser məlumat verir. Fəqət BBC bu məlumatı təsdiqlədə bilməyib.
14.10 BBC yazır ki, Rusiya tərəfi Facebookda Ukrayna üçün "könüllülər axtarır".
Madriddəki BBC müxbiri Tom Burridge deyir ki, Rusiyanın xarici işlər naziri rəsmi Moskvanın Ukraynanın hazırki hakimiyyətini qanuni hesab etməməsini və rusdilli millətin təhlükədə olması kimi fikirləri çərçivəsindən çıxış edir.
14.08 Britaniyada mənzillənən Channel 4 News bildirir ki, Ukraynada hakimiyyət üstünlüyü sağçılardadır.
14.06 Həmçinin maraqlıdır ki, Sergey Lavrov Krımdakı silahlı qrupların Rusiyaya aid olmadığını və Rusiyadan birbaşa əmrlər almadığını təkrarlayıb, Madriddəki BBC müxbiri Tom Burridge qeyd edir.
14.03 Xarkovda planlaşdırılan iri Rusiyapərəst nümayiş hələlik reallaşmayıb. (Andrew Hosken BBC News)
Çərşənbə günü Krımda gərginlik vəziyyəti davam etsə də, zorakılıq barədə məlumat yoxdur, hərçənd ki, Rusiya hələ də Ukraynanın cənubi muxtar rayonuna - Krıma de-fakto nəzarət edir.




