Rusiya əsgərləri ukraynalılara xəbərdarlıq atəşi açıblar
Krımdakı Belbek hərbi-hava bazasındakı əvvəlki işlərinə qayıtmaq tələbi ilə yürüş keçirən ukraynalı hərbçilər hərbi hissə qarşısında xəbərdarlıq atəşilə qarşılanıblar.
Bazaya nəzarət edən Rusiya hərbçiləri 300-dək ukraynalıdan ibarət qrup üzvlərini ayaqdan atəş açmaqla hədələyiblər.
Krımdakı BBC müxbiri bildirir ki, bu kimi insident qarşıdurmanın qəfil kəskinləşməsinə təkan verə bilər.
Hadisədən əvvəl Sevastopol limanındakı iki Ukrayna hərbi gəmisi Rusiyanın minatəmizləyən qayığı tərəfindən bloklanıb və şəhərdəki Ukrayna dəniz donanmasının baş qərargahı Rusiyapərəst silahlı şəxslər tərəfindən mühasirədə saxlanılır.
Krımda 16 min Rusiya hərbçisi yerləşdirilib.