Kanada Rusiya ilə hərbi əməkdaşlığı dayandırıb

russian soldiers

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya əsgərləri Krım ərazisində

Kanadanın baş naziri Stephen Harper Rusiya silahlı qüvvələri ilə planlaşdırılan ikitərəfli təmasların dayandırılmasına əmr verdiyini bildirib.

“Biz Ukraynadakı vəziyyəti dərin təşvişlə izləyirik və müvafiq olaraq prezident Putinin hökuməti ilə münasibətlərimizin yenidən nəzərdən keçirilməsinə davam edəcəyik”, - Harper bəyan edib.

İcmalar Palatasında çıxış edərək Harper Rusiya ilə nasist Almaniyasını müqayisə edib, Agence France-Presse xəbər verir. Baş nazirin sözlərinə görə, Rusiya etnik azlıqları öz tabeliyi altına almaq arzusuyla qonşu ölkəyə soxulmaq və onu işğal etmək qərarı qəbul edib.

Bundan qabaq Moskva ilə ticarət və hərbi <link type="page"><caption> əməkdaşlığını ABŞ dayandırıb.</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/03/140304_pentagon_russia_suspension.shtml" platform="highweb"/></link>

Bazar ertəsi “Böyük Yeddilər” ölkələri birgə bəyanatla Rusiyanın Ukrayna ərazisinə daxil olmasını pisləyib, iyun ayında Soçidə nəzərdə tutulan “Böyük Səkkizlərin” sammitinə hazırlıq tədbirlərini dayandırıblar.