Ukrayna: müxalifət beynəlxalq vasitəçilərin işə qarışmasını istəyir

Münhen

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Münhen konfrasında ABŞ Dövlət Katibi Ukrauna müxalifəti liderlərilə görüşüb.

Kiyevdə bazar günü keçirilən çoxminli mitinqdə Ukrayna müxalifəti ölkə rəhbərliyilə danışıqlar aparmaq üçün beynəlxalq vasitəçilərin köməyinə ehtiyac olduğunu bəyan ediblər.

UDAR partiyasının lideri Vitali Kliçkonun sözlərinə görə, o, "prezident Viktor Yanukoviçlə danışıqların keçirilməsi üçün beynəlxalq vasitəşilik xahişilə" müraciət etdiyini bəyan edib.

Onun təbirincə, bu addım "anlaşılmazlıqlardan qaçmaq üçn" atılıb.

Şənbə günü Kliçko müxalifətin digər liderlərilə birgə Münhendə keçirilmiş təhlükəsizlik konfransında iştirak edib.

Böhranın çözüm planı

Ukrayna müxalifəti ötən gün Münhendə böhranın çözülməsi planını açıqlayıb

Ukrayna müxalifəti liderləri Münhendə Təhlükəsizlik Konfransında ABŞ və Aİ ilə Ukraynada siyasi böhranın çözülməsi planını müzakirə etdiklərini bəyan ediblər.

Ukrayna müxalifətçiləri bunu ABŞ Dövlət Katibi John Kerry ilə görüşdən sonra bəyan ediblər.

Görüşdə "Batkivşina" partiyasının lideri Arseni Yatsenyuk, "UDAR" partiyasının lideri Vitali Kliçko və Radanın müxalifətçi deputatı, Ukraynanın keçmiş Xarici İşlər naziri Pyotr Poroşenko iştirak ediblər.

Areseni Yatsenyukun təbirincə plan ölkədə zorakılığa son qoyulmasını, həbs edilənlərin azad olunması, işgəncə və qətl hallarının istintaqı, enəhayət Ukraynada konstitusiya islahatının həyata keçirilməsini nəzərdə tutur.

Arseni Yatsenyukun sözlərinə görə, Ukrayna Qərb tərəfdaşlarından 15 mlrd dollar həcmində maliyyə yardımı paketi ala bilər.

Zaman amili

Münhen konfransında Ukrayna məsələsi ətrafında Rusiya ilə Qərb nümayəndələri arasında qızğın söz davası baş verib. Rusiya Aİ-nı ikili standartlar yürütməkdə ittiham edib.

Aİ prezidenti Herman Van Rompuy isə Ukraynanın gələcəyinin Avropa İttifaqı ilə bağlı olduğunu bəyan edib.

"Zaman amili bizim tərəfimizdədir. Ukranın gələcəyi Avropa İttifaqı ilə bağlıdır", Aİ prezidenti bəyan edib.

NATO Baş Katibi Anders Fog Rasmusen isə bəyan edib ki, "Ukrayna öz gələcəyini özü seçməlidir, xaricdən təzyiq olmadan". NATO Baş katibi Ukraynada "hüqyuq mühafizə orqanları tərəfindən aşırı qüvvəninin istifadə olunmasını pisləyib".

ABŞ Dövlət Katibi John Kerry isə bəyan edinb ki, "Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukrayna xalqı ilıə həmrəydir".

Öz növbəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qərb dövlətlirini ikili standart siyasəi yürütməkdə və Ukraynaya seçim məsələsində təzyiq göstərməkdə

"Dövlət binalarını zəbt edənləri, polisə hücum edənləri, irqçi, antisemit və nasist şüarlarla çıxış edənləri pisləyən niyə yoxdur?Avropa siyasətçiləri bucür hərəkətləri himayə edir, laki8n öz ölkələrində buna bəznər aksiyaları dərhal qəddarlıqla yatırdırlar", Rusiya XİN rəhbəri bəyan edib.