Ukrayna: amnistiya haqqında qanunun prezidentin irəli sürdüyü variantı qüvvəyə minib

Ukrayna

Şəklin mənbəyi, UNIAN

Ukrayna hakimiyyəti və müxalifət bütöv gün mübahisələrin sonunda kütləvi aksiya iştirakçılarına şamil olunacaq əfv haqqında razılığa gələ bilməyiblər: parlament qanunu qəbul edib, amma müxalifətin razılaşmadığı variantda.

Hakim Regionlar və Kommunistlər Partiyanın fraksiyaları, həmçinin Ali Radanın fraksiyadan kənar deputatları axşam “regional” Yuriy Miroşniçenkonın variantında , inzibati binalar və yolların etirazçılardan azad olunmağını nəzərdə tutan qanun layihəsinə səs veriblər.

Nəticədə "lehinə" 232 deputat səs verib.

Layihənin çoxluğun səsini toplaması üçün prezident Viktor Yanukoviçin Ali Radaya səfərinə ehtiyac yaranıb. O Regionlar və Kommunistlər partiyasının fraksiyasını toplayıb və deputatlara qəti şəkildə Miroşniçenkonın layihəsini , zamanına görə "rəqabət" aparan dörd layihədən ən gec daxil olanını dəstəkləməyi məsləhət görüb.

“Ya Miroşniçenkoya səs veririk, ya heç səs vermirik”, qapı arxasında dinləyən jurnalistlər Yanukoviçin bunu qışqırdığının şahidi olublar.

Müxaliflər iddia edib ki, prezidentin gəlişinə qədər “regionlardan” çoxu müxalifətin təqdim etdiyi qanun layihəsindən birinə səs verməyə hazır olub.

Amnistiya şərt kimi

Ümumilikdə Kiyevdə kütləvi etiraz və toqquşmalarda yüzdən çox etirazçı saxlanılıb.

Müxalifət hakimiyyətdən krizisdən çıxmaq üçün ilkin şərt olaraq amnistiyanı qəbul etməyi tələb edib.

“Biz heç bir ön şərt olmadan amnistiyanın qəbuluna çalışırıq. Ölkədə vəziyyəti normallaşdırmaq üçün siyasi terroru dayandırmaq lazımdır”, müxalifətin liderlərindən biri, “Batkivşina” partiyasından olan deputat Aleksandr Turçinov jurnalistlərə izahat verib.

Regionlar Partiyasından olan deputatlar “nəyinsə əvəzinə nəsə” metodunun ölkəni dalandan çıxaracağını sübut edirdilər.

"Əgər etibar yoxdursa, gəlin mərhələ-mərhələ edək: binanı boşaltmaq-amnistiyanı şamil etmək”,- Regionlar Partiyasından olan deputat Vladimir Oleynik gündüz çağırış edib.

Səsvermədən sonra Yuri Miroşniçenko bəyan edib ki, qanununda söhbət yalnız inzibati binalardan gedir.

"Başqa sözlə desək, məsələ inzibati binaların boşaldılmasından gedir, bu isə yerlərdə dövlət qurumlarının və nazirliklərin inzibati məkanlarıdır. Orda nə Ukrayna Evi, nə də Həmkarlar Evi yoxdur”, “Ukrayna həqiqətləri” qəzeti Miroşniçenkadan sitat gətirir.

Deputat Miroşniçenkanın adını çəkdiyi binalardan başqa Kiyevdə olan etirazçılar həmçinin şəhər icra hakimiyyətinin, Oktyabr Sarayı və Memarlar Evini də tutublar. Bununla belə, etirazçıların sözlərinə görə, “Milli Müqavimət Mərkəzi”nin yerləşdiyi Həmkarlar Evi və Memarlar Evini onlar kirayələyiblər.

“Xoşməramlı jest”

Gündüz etirazçılar bir neçə gün öncə tutduqları Kreşatikedə yerləşən aqrar siyasət və istehsal nazirliyinin binasını, Maydanın mərkəzinin anlatdığı kimi “xoşməramlı jest” olaraq boşaldıblar. Bununla belə, mərkəzi binanı tərk etmək istəməyən “Ümumi iş” təşkilatının döyüşçüləri ilə olan ciddi münaqişəni sakitləşdirməyə müvəffəq olub.

Buna qədər Avromaydanın döyüşçüləri Ədliyyə Nazirliyinin binasını boşaldıblar.

Bundan sonra Avromaydan fəallarının ilk olaraq güzəştə getmək fikirləri yoxdur. Onlar hakimiyyətdən saxlanılanların azad olunmasından başqa daha ciddi güzəştlər gözləyirlər, bu haqda gündüz parlamentdə “UDAR” Partiyasının lideri Vitaliy Kliçko da xatırladıb.

“İnsanlar ölkədə olan vəziyyəti dəyişmək üçün küçələrə çıxıb. Onlar ədalət olmayan şərtlər altında yaşaya bilmirlər. Sadəcə demək ki, “biz sizi azad edirik, evə gedin” çox çətin olacaq. Hakimiyyət ölkədə dəyişiklikləri təklif etməlidir”, Kliçko jurnalistlərə deyib.