Ukraynada Ədliyyə Nazirliyi qar kisələrilə barrikadaya alınıb

Ukraynanın ədliyyə naziri onun başçılıq etdiyi nazirliyin binasını tutan anti-hökumət etirazçılarını xəbərdar edib ki, binanı tərk etməsələr o, fövqəladə vəziyyət elan edəcək.

Olena Lukash yerli mediaya deyib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasından tədbirlər həyata keçirməyi xahiş edəcək.

Etirazçılar Kiyevdə nazirliyin binasını bazar günü tutublar və bayırda qarla dolu kisələrdən barrikada qurublar.

Üsyanlar Ukrayna boyunca yayılmaqdadır və fəallar bəzi şəhər və rayonlarda bələdiyyə binalarını ələ keçirirlər