Bəşər Əsəd: Amerikanın heç bir sübut-dəlili yoxdur

Suriya prezidenti Bəşər əl Əsəd ABŞ yayım şirkətinə müsahibəsində hökümətinin kimyəvi silahdan istifadə etdiyi barədə ittihamların heç bir sübutunun olmadığını bildiirb.
PBS yayım şirkətinə müsahibəsində o, eləcədə eyham vurub ki, Qərb Suriyaya hücum edəcəyi halda, sonuncunun müttəfiqləri tərərfindən əks zərbəyə məruz qalacaq.
ABŞ Dövlət Katibi John Kerry Bəşər Əsəd rejiminə qarşı hərbi aksiya keçirilməsinə dəstək qazanmaq məqsədilə Avropada lobbiçilik edərək Avropa İttifaqı və Ərəb ölkələri Xarici İşlər nazirlərilə görüşlər keçirməkdədir.
ABŞ konqressində yaxın zamanlarda Suriya intervensiyana icazə verilib-verilməməsi məsələsinə baxılmalıdır.
Konqress üzvləri prezident Obamanın "məhdud" zərbə barədə təşəbbüsünü müzakirə etmək üçün yay istirahətindən bugün qayıdırlar.
Bu məsələ ilə bağlı Senatda səsvermənin keçirilməsi çərşənbə günü gözlənilir. Obamanın təşəbbüsünün aqibətinin daha çox qeyri-müəyyənliklərlə üzləşə biləcəyi Konqressdə isə bu təklifin müzakirə olunacağı vaxtı isə daha qeyri-müəyyndir.
ABŞ administrasiyasıBəşər Əsəd qüvvələrini avqustun 21-də Dəməşq kənarında sarin qazı hücumu nəticəsində 1,429 nəfəri öldürməkdə ittiham edir.
Bəşər Əsəd isə, öz növbəsində, kimyəvi hücuma görə müxalifəti ittiham edir.




