G20: Suriyaya dair fikir ayrılığı "həll olunmayıb"

Putin və Obama

Rusiya ilə Amerika Suriyaya dair mümkün hərbi aksiya məsələsində fikir ayrılığını həll edə bilməyiblər, prezident Vladimir Putin G20 sammitinin son günündə keçən mətbuat konfransında bəyan edib.

Vladimir Putinin sözlərinə görə hərbi aksiya Yaxın Şərqdəki sabitliyi poza bilər.

Rusiya lideri mövzunun Obama ilə təkbətək görüşdə də müzakirə olunduğunu bildirib.

Dəstək

ABŞ prezidenti Sankt Peterburqda keçən G20 sammitinin son günündə Suriyaya qarşı yönələn hərbi aksiya üçün dünya liderlərinin dəstəyini qazanmağa çalışıb.

Britaniya mənbələrinə əsasən sammit gedişatında Fransa, Türkiyə, Kanada və Britaniya ABŞ liderinə dəstək göstərib.

Lakin Britaniya parlamentinin müharibə əleyhinə səs verdiyi üçün baş nazir David Cameronun dəstəyi daha zəif olub.

Rusiya liderinin yüksək rütbəli köməkçisi Britaniyanın əhəmiyyəti barədə danışıraq "O kiçik adadı: Onlara heç kim heç bir diqqət vermir" deyib. Lakin bu bəyanat sonradan Rusiya prezidentinin sözçüsü tərəfindən danılıb.

"Sonuncu mismar"

Ziyafət
Şəklin alt yazısı, Suriya mövzusunu Sankt Peterburqdakı ziyafət vaxtı müzakirə edilib.

Rusiya nümayəndəsi hərbi müdaxiləni "beynəlxlaq hüququn tabutuna sonuncu mismar" adlandırıb.

Cənab Obama Suriya böhranını cümə axşamı keçən ziyafət vaxtı müzakirə edib ki, ölkə liderlərinin fərqli yanaşmalarını üzə çıxarıb.

Görüşü işıqlandıran müxbirlərə əsasən cənab Obamanın səylərinə rəğmən liderlərin əksəriyyəti müharibə əleyhinə olduqlarını bildiriblər.

Sankt Peterburq şəhərindəki G20 zirvə görüşündə Suriya məsələsinə dair fikir ayrılığının yaşandığı bir vaxtda Amerikanın BMT-dəki səfiri Moskvanı tənqid edib.

Amerika hökuməti Suriyanı 1,429 adamın ölümü ilə nəticələnən kimyavi hücumda ittiham edib.

Dəməşq həmlələrlə bağlı ittihamları rədd edib.

"Girovluq"

"Rusiya BMT-nin Təhlükəsizlik Şurasını girovluqda saxlayır”, - Samantha Power deyib.

Amerika diplomatının sözlərinə görə təşkilatda Rusiyanın müqaviməti üzündən Şuriyanı hərbi hücumlara görə məsuliyyətə cəlb etmək cəhdləri baş tutmayıb.

BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı sərt addımları nəzərdə tutan qətnamə layihələri Rusiya ilə Çinin vetosu ilə bloklanıb.

Rusiya BMT sanksiyası xaricində Dəməşqə qarşı atıla biləcək hər-hansı hərbi addımların qeyri-qanuni olduğunu vurğulayır.

Sammit qlobal iqtisadiyyatın durumuna həsr edilib və iştirakçılar Suriya mövzusunu ziyafət vaxtı müzakirə ediblər.

Hərbi aksiya

Ağ Ev hərbi aksiya üçün dəstək qazanmaq məqsədilə məsələni qanunvericilərin müzakirəsinə çıxarıb.

Xarici əlaqələr üzrə ABŞ Senatının komitəsi Dəməşq yaxınlığındakı iddia edilən kimyavi hücuma cavab olaraq Suriyada hərbi əməliyyat planını dəstəkləyən qətnamə layihəsini qəbul edib.

2011-ci ildən bu yana Suriayadakı daxili qarşıdurma 100 mindən artıq adamın ölümünə bais olub