Kreml Obamanın Putinlə görüşdən imtina etməsindən "təəssüflənib"

Rusiya ABŞ prezidenti Barak Obamanın gələn ay Moskvada keçirilməsi nəzərdə tutulmuş, prezident Vladimir Putinlə görüşdən imtina etməsi xəbərindən təəssüfləndiyini bildirirb.
Rusiya prezidentinin müşaviri deyib ki, bu qərar ABŞ-ın Rusiya ilə münasibətlərini bərabərlik zəminində "inkişaf etdirə bilmədiyindən" xəbər verir.
ABŞ öz qərarını Rusiyanın qaçaq düşmüş keçmiş amerikalı kəşfiyyat təhlilçisi Edward Snowden-ə müvəqqəti mühacir statusu verdikdən sonra elan edib.
Lakin ABŞ Dövlət departamentinin sözçüsü bildirirb ki, görüşdən imtina olunması qərarı təkcə Snowden məsələsinə görə edilməyib.
Rəsminin sözlərinə görə, raket müdafiəsi sistemləri və insan haqları kimi sahələrdə də kifayət qədər irəliləyiş müşahidə olunmayıb.
Bununla belə, prezident Barak Obama sentyabr ayında Rusiyanın Sankt Peterburq şəhərində keçiriləcək G20 İqtisadi zirvə göürşündə iştirak etməyi hələ də səfər gündəliyində saxlayır.
