Putin: Suriyanın kimyəvi silah işlətməsi isbat olunmalıdır

Vladivostok şəhərində olan Rusiya lideri Suriya hökumət qüvvələri tərəfindən kimyəvi silahın işlədilməsi barədə iddiaları təxribat adlandırıb.
"Suriya ordusunun irəliləməsi şəraitində hakimiyyətin kimyəvi silah işlətməsini demək cəfəngdir”.
ABŞ Suriyada kimyəvi silahın işlədilməsinə cavab olaraq “məhdud” hərbi aksiyanın nəzərdən keçirilidyini bildirib.
"Dəlillər varsa təqdim olunmalıdır. Əgər təqdim olunmursa demək ki, belə dəlil yoxdur”, Vladimir Putin müxbirlərin suallarını cavablandırarkən deyib.
Suriyanın əsas müttəfiqi olan Rusiya BMT-ni yan keçməklə Dəməşqə qarşı mümkün birtərəfli aksiyanın beynəlxalq qanunlara zidd olduğunu bildirib.
Moskva Suriyaya qarşı sərt addımları nəzərdə tutan BMT qətnamələrinin qəbul olunmasına qarşı çıxaraq Pekinlə yanaşı veto hüququndan istifadə edib.
