Böyük Briyaniya Suriyaya hərbi müdaxilə etmir

Britaniya deputatları Böyük Britaniyanın Suriyaya mümkün hərbi müdaxiləsindən imtina edib.

Hərbi müdaxilə barədə fikirlər ötən həftə Suriya rejiminin xalqa qarşı kimyəvi silah işlətməsi iddialarından sonra yaranıb.

Baş nazir David Cameron deyib ki, o, hökümətin 285-272 səs nisbətində məğlubiyyətini qəbul edəcək, yəni ABŞ-ın hücum təklifini qəbul etməyəcək.

ABŞ isə deyib ki, “ən yaxın müttəfiq və dostlarından olan” Britaniya ilə “məsləhətləşmələri"ni davam etdirəcək.

Leyboristlər partiyasından Ed Miliband bildirib ki, ABŞ-Böyük Britaniya əlaqələri yalnız amerikan prezidentinin istəklərinin həyata keçirilməsi ola bilməz.

“Mənə aydındır ki, Britaniya xalqının fikirlərini əks etdirən Britaniya Parlamenti hökümətin hərbi müdaxiləyə getməsini istəmir. Bunu anladım və hökümət buna uyğun hərəkət edəcək”, səsvermədən sonra Parlamentdə çıxış edən baş nazir deyib.

Müdafiə katibi Philip Hammond BBC Newsnight proqramına deyib ki, "Əsəd rejimi bu gecə Parlamentdə səsvermənin nəticələri ilə daha az narahat olacaq".

O, həmçinin 2003-cü ildəki İraq müharibəsini Yaxın Şərqdə Britaniyanın hərbi müdaxilələri barədə ictimai rəyi "zəhərləməkdə" günahlandırıb.

Onun sözlərinə görə, o və baş nazir Britaniyanın Vaşinqtonla “xüsusi əlaqələri”nə ziyan vurma ehtimalı olan İcmalar Palatasının səsverməsinin nəticələrindən “məyus olub”.

Lakin o bildirib ki, Briyaniyanın qərarının başqa ölkələrin də “fəalliyətini dayandıracağını” gözləmirdi.

Leyboristlər Partiyasının lideri Ed Miliband vurğulayıb ki, nəticə hərbi müdaxilənin “gündəmdən kənar” olması deməkdir və deputatlar baş nazirin “dikbaş və tələsik” liderliyinin əksinə çıxıb.

"Düşünürəm ki, bu gün İcmalar Palatası müharibəyə atılmaq istəməyən britaniyalıların adından danışdı”.

Cənab Miliband qeyd edib ki, Britaniyanın ABŞ-la əlaqələri "amerikan prezidentinin sənin nə etmək istəyini bildirməsi demək deyil".

"Mənim liderliyimlə bəzən, ABŞ-la narazılıqlarımız da olacaq, fərqli baxışlarımız da. Biz Britaniyanın milli maraqlarından çıxış edirik".

Hadisə

21 avqustda paytaxt Dəməşq yaxınlığındakı Ghouta ərazisində 355 nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.

ABŞ və Britaniya deyib ki, Əsəd rejimi hadisəyə görə məsuldur. Rəsmi Dəməşq isə üsyançıları günahlandırır.

Ərazini araşdıran BMT ekspertləri isə artıq işlərini bitirmək üzrədir, onlar bu həftə sonu BMT sədri Ban Ki-moona ilkin nəticələri verəcək.

Ağ Ev isə bildirib ki, prezident Obama Suriya barədə "ABŞ-ın maraqlarına" əsaslanaraq qərar verəcək. Eyni zamanda, cənab Obamanın "ABŞ-la digər ölkələrin kimyəvi silah kimi beynəlxalq normaları pozan hadisəyə görə məsuliyyəti xatırlatmaqda ortaq maraqlarının olmasına" inandığı da deyilib.