Suriyaya hərbi zərbənin nəticələri nə ola bilər?
ABŞ Suriya üzərinə zərbə endirməyə hazır olduğunu bildirir. Mümkün hücum vaxtı Aralıq dənizindəki gəmilərdən 1500 kilometrdən artıq məsafədə hədəfləri vura biləcək qanadlı raketlər buraxıla bilər.
Güman edilir ki, zərbə Suriya ordusunun hərbi komandanlığı və kimyavi hücuma aidiyyatı olduğu deyilən hədəflərə endirilə bilər.
Lakin ekspertlər hərbi müdaxilənin ciddi nəticələri barədə danışırlar. Əsas nəticə Suriya və ona yaxın qüvvələr tərəfindən mümkün cavab zərbələri hesab olunur.