Suriya münaqişəsi: ABŞ Dövlət Katibi Londondadır

Britaniyanın xarici işlər naziri William Hague ilə ABŞ Dövlət Katibi John Kerry arasında Suriya barədə danışıqlar aparılır.
Cənab Hague deyib ki, Böyük Britaniya hərbi müdaxiləni istisna etsə də, Britaniya və ABŞ-ın Suriya üzrə siyasəti "bir cərgədədir".
İki ölkə sülh danışıqlarını bərpa etmək üçün, həyatları xilas etmək üçün və Əsəd rejiminin nüvə silahlarından istifadə etməsinə qarşı sərt cavaba çağırmaq üçün birgə fəaliyyət göstərir, Britaniyianın xarici işlər naziri deyib.
Bazar günü Parisdə Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərilə görüşən cənab Kerry Suriya prezidenti Bəşər əl-Əsədə qarşı hərbi hücum üçün dəstək qazanmaq məqsədilə Avropaya səfərə gəlib.
Britaniya parlamenti artıq qərar verib ki, Britaniya ABŞ-ın hər hansı hərbi müdaxiləsinə qoşulmayacaq.
Amma cənab Hague Vaşinqtonun mövqeyini dəstəklədiyini bir daha bəyan edib.
"Mən inanıram ki, dünya kimyəvi silahların istifadə olunmasına qarşı durmalıdır və hazırda ABŞ konqresində bu barədə debat keçirilir, bizim parlament mövqeyini bildirib.
"Biz parlamentə bu məsələ ilə yenidən müraciət etmək fikrində deyilik - vəziyyətdə kəskin dəyişiklik olsa, ancaq o halda bu mümkün ola bilər", cənab Hague BBC-nin Andrew Marr Show proqramında danışarkən deyib.
"Qırmızı xətt"
John Kerry deyir ki, o və Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri Suriya prezidentinin iddia olunan kimyəvi silahlardan istifadə etməsi "beynəlxalq qırmızı xətti" keçib.
"Əsədin ... kimyəvi silahlardan istifadə etməsi beynəlxalq, qlobal qırmızı xətti keçib", o Parisə səfərdə ikən deyib.
Ərəb ölkələrinin Suriyaya hücum etmək barədə fikirləri fərqlənir.
BBC-nin müxbiri Hugh Schofield Parisdən məlumat verir ki, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr bunun lehinə olsalar da, Suriyanın qonşuları İordaniya və Livan münaqişənin onların ərazilərinə yayılması barədə narahatdırlar.

Daha əvvəl cənab Kerry demişdi ki, hərbi müdaxilə etməyə hazır olan ölkələrin sayı "ikirəqəmli"dir, amma siyahı ictimaiyyətə açıqlanmayıb.
Ötən ay Dəməşqdə kimyəvi silahdan istifadə olunması barədə iddialara cavab olaraq hərbi müdaxiləni ən çox dəstəkləyən ölkələrdən biri Fransadır.
Amma hər hansı müdaxilədən əvvəl Fransa BMT silah müfəttişlərinin hesabatının açıqlanmasını gözləmək istəyir.
Parisdən sonra cənab Kerry Londonda Fələstin Prezidneti Mahmud Abbas və Britaniya xarici işlər naziri William Hague ilə görüşəcək.
Bu arada paytaxt Dəməşqin şimalındakı tarixi xristian şəhəri Maaula-nın üsyançı qüvvələrin nəzarətinə keçirilməsi barədə məlumatlar yayılıb.
Suriya İnsan Haqqları Rəsədxanası təşkilatının rəhbəri Abdel Rəhman AFP xəbər agentliyinə deyib ki, Suriya prezidenti Bəşər əl-Əsədə loyal olan qoşunlar ərazidən çəkiliblər.
ABŞ cənab Əsədin qüvvələrini avqustun 21-də sarin sinir qazı hücumunda 1429 adamı öldürməkdə günahlandırır.
Cənab Əsədin höküməti isə deyir ki, hücumu üsyançılar edib.
BMT-nin hesablamalarına əsasən ölkədə iki il yarım davam edən vətəndaş müharibəsində 100 000-dən çox adam ölüb.




