ABŞ-da transseksual oğlanın qadın tualetindən istifadə etməsinə icazə verilib

6 yaşlı Coy Mathis özünü qız sayır
Şəklin alt yazısı, 6 yaşlı Coy Mathis özünü qız sayır

ABŞ-ın Kolorado ştatında kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş hazırlıq məktəbinin 6 yaşlı transgender qız şagirdi diskriminasiya olunaraq qızlar üçün tualetdən istifadə etməkdən məhrum edilib, yerli insan hüquqları paneli bildirib.

ABŞ-ın Kolorado ştatında Coy Mathisin oxuduğu məktəb onun cinsi vəziyyətinə diqqətsizlik göstərərək “təhqir dolu” mühit yaradıb, hüquq müdafiəçiləri deyib.

Onun ailəsi buna cavab olaraq şagird uşağı məktəbdən uzaqlaşdırıb.

Bu məsələ ABŞ-da hökümət qurumları və məktəblərin transgender insanların kəskinləşən ehtiyacları problemilə üzləşdiyi dövrə təsadüf edib.

'Aydın nəticə'

Kolorado ştatında bu qəbildən olan məsələləri əhatə edən insan hüquqları müdafiəsi qanununun geniş versiyası 2008-ci ildə qəbul olunub və Coy hadisəsi bu sənəd üçün ciddi sınağa çevrilib.

Eagleside İbtidai məktəbində Coy-un ikinci ilində ona qız şagirdlərin getdiyi tualetdən istifadə etməsinə bir neçə ay ərzində icazə verilmişdi.

2012-ci ilin dekabr ayında isə məktəb rəsmiləri Coy-un oğlanlar tualetindən və ya müəllimlər üçün nəzərdə tutulmuş tək adamlı tualetdən istifadə etməsinə göstəriş veriblər.

Kolorado ştatının Tənzimləmə agentlikləri departamentinin insan hüquqları şöbəsinin çıxardığı qərarda isə məktəbin yerləşdiyi ərazi rəsmilərinə və Coyun ailəsinə diskriminasiya hallarının aradan qaldırılması üçün qarşılıqlıq əsasında vəziyyətdən çıxış yolunun tapılması tövsiyyə edilib.

Ailəyə hüquqi yardım göstərən Transgender hüquq müdafiəsi və Təhsil fondu bu qərarı alqışlayıb.

"Bu qərar aydın şəkildə göstərir ki, transgender şagirdlər diskriminasiya olunmamalıdır və onlara məktəbdə bərabər münasibət göstəilməlidir”, icraçı direktor Michael Silverman bəyanatında bildirib.

Coy-un anası, Kathryn Mathis deyib ki, ailəsi Coyun məktəbə qayıda biləcəyinə və baş vermiş hadisənin artıq geridə qaldığına ümid edir.

"Coy-un məktəbindən istədiyimiz odur ki, ona digər kiçikyaşlı qızlara olan münasibət göstərilsin”.

'Qanadlanıb'

Məktəbin yerləşdiyi dairə, Fountain-Fort Carson, məsələnin müzakirəsindən boyun qaçırıb.

Lakin dairənin Kolorado ştatının Tənzimləmə agentlikləri departamentinin sözçüsü bildirib ki, dairə ictimai məhkəməyə və ya arbitraja müraciət edəcək.

Bu arada isə ailəsi bildirib ki, Coy həmişə qızlarla əlaqəli mövzulara maraq göstərib, oğlan paltarı geyməyə məcbur ediləndə və ya ona oğlan kimi münasibət göstəriləndə depressiya vəziyyətinə düşüb.

Mathis ailəsi qeyd edib ki, ilk dövrlərdə məktəbin Coy-a qız kimi münasibət göstərməsi “fantastik” təsir göstərib, belə ki, Coy nəticədə “çiçəklənib və qanadlanıb”.