Suriya: Obama və Cameron kimyəvi silaha görə "ciddi cavabdehlik" vəd edirlər

Suriya
Şəklin alt yazısı, Obama və Cameron kimyəvi silaha görə "ciddi cavabdehlik" vəd edirlər

Britaniya və ABŞ xəbərdarlıq ediblər ki, ötən həftə kimyəvi silahdan istifadə etməsi xəbərləri təsdiqlənəcəyi halda Suriya "ciddi cavabdehlik daşıyacaq".

ABŞ prezidenti Barack Obama və Britaniya Baş naziri David Cameron arasında şənbə günü aparılmış 40 dəqiqəlik telefon danışığı bu mövzuya həsr olunmuşdur.

Britaniya Baş naziri ofisinin yaydığı məlumata görə, telefon söhbəti zamanı hər iki tərəf iddia edildiyi kimi "kimyəvi silah hücumunun" baş verdiyi və bunun Suriya rejimi tərəfindən həyata keçirildiyinə işarə edən" amillərin artması ilə bağlı ciddi narahatlıq bildirilib. güclənən əlamətlər lə ki, bu güclü kimyəvi silah hücumu olub , c-b cameron idarəsi bəyanatda bildirirb.

Suriya höküməti sözü gedən hadisədə iştirakını qətiyyətlə rədd edərək və çərşənbə günü baş verənlərə görə üsyançıları təqsirləndirir.

Suriya dövlət televiziyası şənbə günü Dəməşqdən şərqdə üsyançıların istifadə etdiyi yeraltı tunnellərdə kimyəvi silahın aşkar edildiyini xəbər verib.

Bu arada Suriyanın müxalifət fəalları prezident Bəşər Əsədi dəstəkləyən qüvvələri cərşənbə günü səhər saatlarında paytaxtdan şimal və şərq istiqamətlərində yerləşən məntəqələrdə 500-dən 1000-dək adamı öldürməkdə ittiham ediblər.

Onlar sözü gedən ərazilərin artıq Dəməşqdə olan BMT-nin kimyəvi silah ekspertləri tərərfindən yoxlanılmasını istəyirlər.

BMT-nin tərksilah məsələləri üzrə rəsmisi Angela Kane şənbə günü Dəməşqə gəlib.

İranın İRNA agentliyi bildirib ki, Suriya XİN rəhbəri Valid Muallem İranlı həmkarı ilə söhbətdə Dəməşqin BMT expertlərilə əməkdaşlıq etdiyini qeyd edib.