"Sərhədsiz həkimlər" Suriyada kimyəvi silahın işlədildiyini ehtimal edir

"Sərhədsiz həkimlər" (MSF) beynəlxalq humanitar təşkilatın əməkdaşları işlədikləri Suriya xıəstəxanalarına 3,6 min pasiyentin "neyrotoksikoloji simptomla" daxil olduğunu bildiriblər.
MSF həmin pasiyentlərdən 355 nəfərin vəfat etdiyini qeyd edib.
Həkimlərin sözlərinə görə, qeyd olunan pasiyentlərin xəstəxanalara qəbulu avqustun 21-də qeydə alınıb.
Həmin gün Suriya müxalifəti hökümət qüvvələrinin Dəməşqdə kimyəvi silah işlədilməsilə hücum etdiyini bildirmişdir.
Əsəd höküməti, öz növbəsində, kimyəvi silahın işlədilməsində müxalifət qüvvələrini ittiham edir.
Ötən gün Dəməşqə BMT-nin tərksilah məsələlri üzrə yüksək rütbəli rəsmisi Angela Cane gəlib.
O, Bəşər Əsəd hökümətini kimyəvi silah hücumunun baş verdiyi güman edildiyi əraziyə beynəlxalq komissiyanı buraxmağı razı salmağa çalışır.
