Suriya BMT müfəttişlərinə "kimyəvi silah" hücumu ərazisini yoxlamağa icazə verib

Suriya höküməti BMT müfəttişlərinə Dəməşq yaxınlığında "kimyəvi silah" hücumu baş verdiyi güman edilən əraziyə baxış keçirməyə icazə verib.
BMT müffətişləri işə bazar ertəsi günü başlamalıdırlar.
Müxalifət fəalları çərşənbə günü paytaxta yaxın ərazilərdə Suriya qüvvələri tərəfindən 300-dən çox adamın öldürüldüyünü iddia edirlər.
ABŞ rəsmisi Dəməşqi bundan əvvəl ittiham etmişdir “fərq qoymadan” kimyəvi silahın istiofadə edilməsində. O, deyib ki, yubanma o deməkdir ki, dəlillərin yox olmasına şərait yaradır.
Bu arada isə, Suriya dövlət mediası xəbər verib ki, üsyançı döyüşçülər tərəfindən istifadə edilən yeraltı tunellərdə kimyəvi silhlarda istifadə edilən kimyəvi maddələr aşkar edilib.
Həmin məlumatlarda, sözü gedən maddələri aşkar edən zaman hökümət qüvvələri əsgərlərinin "zəhərlənmə, boğulma kimi hallardan əziyyət çəkdikləri" vurğulanıb.
Dövlət mediasının məlumatlarında qeyd olunub kı, üsyançılar zəhərləyici qazdan hökümət qüvvələri Jobar bölgəsində hücuma keçəndən sonra istifadə ediblər.
Suriya XİN-in bəyanatında deyilir ki, BMT-nin kimyəvi silah ekspertlərinə "kimyəvi silahdan istifadə ittihamlarını" araşdırmaq üçün icazə verilməsi barədə razılıq bazar günü BMT-nin tərksilah üzrə rəsmisi Angela Kane ilə görüşün yekununda əldə edilib
BMT Baş katibi Ban Ki-moon bildirib ki, "müfəttişlər yoxlamalara bazar etrəsi günü başlamağa hazırlaşırlar"
Suriya XİN-i bəyanatında bildirib ki, BMT təftişinə icazə verməklə Dəməşq kimyəvi silahın üsyançılar tərəfindən tətbiq edilməsini sübut olunmasını istəyir.
Bundan əvvəl Britaniya və ABŞ xəbərdarlıq etmişdirlər ki, ötən həftə kimyəvi silahdan istifadə etməsi xəbərləri təsdiqlənəcəyi halda Suriya "ciddi cavabdehlik daşıyacaq".




