Rusiyanın Ukraynaya hücumu: Rusiya Avropanın ən böyük nüvə stansiyası ələ keçirib

nüvə Ukrayna

Şəklin mənbəyi, Reuters

Rusiya Ukraynada yerləşən Avropanın ən böyük Zaporojye atom elektrik stansiyasını (AES) ələ keçirib.

AES-in rəhbərliyi Rusiya qoşunlarının atəşi nəticəsində zavodda baş verən yanğının söndürüldüyünü bildirir.

Rusiya Müdafiə Nazirliyi AES-də baş verən yanğının Ukrayna diversantlarının "dəhşətli təxribatının" nəticəsi olduğunu iddia edib. Müdafiə nazirliyinə əsasən, Rusiya hərbçiləri ilə atışmadan sonra ukraynalılar binaya od vurublar.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, "Zaporojye AES-də baş verənlər nüvə terrorudur".

Zaporojye vilayətinin rəhbəri Aleksandr Starux AES-in Rusiya hərbçilərinin nəzarətində olduğunu təsdiqləyib.

Zaporojye AES-i Avropada ən böyük atom elektrik stansiyası sayılır.

Yerli hakimiyyətin nümayəndəsi gecə stansiyanın yerləşdiyi ərazidə Ukrayna və Rusiya qüvvələri arasında intensiv döyüşlərin getdiyini bildirib.

Xəritə

Ukrayna Prezidenti deyib ki, Rusiyanın AES-ə hücumu "altı Çernobıla" bərabər dağıntılara səbəb ola bilərdi.

Zelenski Çernobılda bir enerji blokunun partlaması nəticəsində dünyada nə faciə baş verdiyini xatırladıb və Zaporojye AES-də altı blokun olduğunu deyib.

Zelenski deyib ki, o, artıq fövqəladə vəziyyətlə əlaqədar Qərb tərəfdaşları ilə əlaqə saxlayıb.

line

Zaporojye atom elektrik stansiyasına hücumun riskləri nədir?

Beynəlxalq Atom Enerji Agentliyi deyib ki, Zaporojye atom elektrik stansiyasında təhlükəsizlik sistemlərinin heç birinə təsir etməyib, hər hansı radiaktiv sızma yoxdur.

Ancaq nüvə ekspertləri hücumun ciddi riskli vəziyyət yaratdığnı deyiblər.

Əgər reaktor- atom elektrik stansiyasında enerji istehsal etmək üçün məsul olan cihaz və onun yerləşdiyi bina zədələnərsə, reaktor həddindən artıq qıza bilər və nüvənin əriməsinə səbəb ola bilər.

Zavoddan gələn radiasiya daha sonra ətraf mühitə sıza bilər. İnsanlar bu radiasiyaya məruz qalsalar, bu, xərçəng də daxil olmaqla, ani və uzunmüddətli sağlamlığa ciddi təsirlərə səbəb ola bilər.

Həmçinin Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux AES-də təhlükəsizliyin bərpa olunduğunu bildirib.

__________________________________________________________________________

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye atom elektrik stansiyasının atəşə tutulması xəbərləri ilə bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxladığını bildirib.

AES-in sözçüsü Andriy Tuz deyib ki, yanan reaktor təmir mərhələsindədir və hazırda işləmir, lakin onun içərisində nüvə yanacağı var.

Məlumata görə, Zaporojye Ukraynanın elektrik enerjisinin təxminən 25 faizini təmin edir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya qoşunlarının Avropanın ən böyük zavodu olan Zaporojye nüvə zavodunu atəşə tutduqlarını təsdiqləyib.

Açıq Nüvə Şəbəkəsinin qeyri-kommersiya təşkilatının direktoru Laura Rockwood daha əvvəl BBC-yə deyib ki, "müharibə Ukraynanın nüvə enerjisindən asılı olan elektrik şəbəkəsinə təsir göstərə bilər".

Zaporioji atom elektrik stansiyası

Şəklin mənbəyi, Zaporizhzhia nuclear plant

Onun sözlərinə görə, zavod ətrafındakı hərbi fəaliyyət nüvə obiyektini çökdürə bilər.

"Hücum birbaşa iki risk yaradır - stansiyanın infrastrukturuna və onun personalına zərər vurmaq və ya zavodun istismar qabiliyyətinə təsir edən daha ciddi zərər və bu, çökməyə səbəb ola bilər", - Laura Rockwood deyib.

Daha əvvəl Rusiya qoşunları tanklarla şəhərə girib zavodu ələ keçirməyə cəhd etmişdilər, lakin çərşənbə günü sakinlər və işçilər zavodun və ətraf yolların qarşısında toplanıb buna mane olmuşdular.

Ukraynanın Zaporojye də daxil olmaqla dörd aktiv nüvə stansiyası var.

Zaporojye AES hazırda Rusiyanın nəzarəti altında olan Çernobıl AES kimi obyektlərdə olan nüvə tullantıları ilə bağlı fəaliyyət göstərir.

Paylaşımını ötürün Instagram
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram

Rusiya ordusunun Ukraynadakı fəaliyyəti barədə "yalan" yayanları cəzalandıracaq

Rusiya parlamentinin aşağı palatası, Dövlət Duması Rusiya ordusu haqqında saxta məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu yekdilliklə qəbul edib.

Bu qanuna əsasən, Rusiya silahlı qüvvələrinin Ukraynadakı hərəkətləri barədə yalan məlumat yaymaqda təqsirli bilinən şəxsləri 3 ilə qədər həbs gözləyir.

Rusiya Dövlət Duması

Şəklin mənbəyi, Getty Images

"Fake news" bir qrup tərəfinədən yayılarsa və ya dəlil saxtakarlığı ilə müşayiət olunarsa, maksimum cəza 10 ilə qədər ola bilər.

"Fake news" yayılması ağır nəticələrə səbəb olarsa, günahkarları 15 ilə qədər həbs gözləyir.

Rusiya "Meduza", "Azadlıq Radiosu", BBC Rusca xidmətini məhdudlaşdırıb

Rusiyanın informasiya texnologiyaları və KİV-ə nəzarət (Roskomnadzor) xidməti "Meduza" və "Azadlıq Radiosu" (hər iki mətbuat orqanının fəaliyyəti Rusiyada xarici agentlər kimi tanınır), BBC Rusca xidməti, eləcə də Ukraynanın bir neçə xəbər mənbələrinə girişi məhdudlaşdırıb.

Hələlik qeyd edilən kütləvi informasiya vasitələrinin Rusiyada fəaliyyəti tam dayandırılmayıb. Lakin bəzi domen səhifələrə və ya xüsusi materiallara giriş məhdudlaşıb.

Qərar Rusiya Baş Prokurorluğunun təklifi əsasında qəbul olunub. Xəbər mənbələrinin məhdudlaşdırılması Rusiyanın "İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması" qanununun 15.3-cü maddəsinə əsasən həyata keçirilib.