Ukrayna-Rusiya danışıqları: humanitar dəhliz barədə "qarşılıqlı anlaşma əldə olunub"

Ukrayna Rusiya Ukraynaya hücum edib Rusiyanın Ukraynaya hücumu Kiyev Xarkov Xerson port şəhəri Liman şəhəri Xerson

Şəklin mənbəyi, Getty Images

Rusiyanın Ukraynada apardığı müharibənin 8-ci günündə rus qoşunlarının cənubda liman şəhəri olan Xersonu ələ keçirdiyi bildirilib, başqa bir şəhər Mariupolda dinc sakinlərin intensiv atəşə tutulduğu, əhalinin təxliyə olunmaq imkanlarının kəsildiyi açıqlanıb.

Cümə axşamı günü Belarusda Ukrayna-Rusiya danışıqlarının ikinci raundu keçirilib. Ukraynanın nümayəndəsi Mixailo Podolyak "böyük təəssüflə" deyib ki, danışıqlarda "ümid etdiyimiz nəticə əldə edilmədi".

Lakin o qeyd edib ki, tərəflər "dinc sakinlərin təxliyəsi üçün humanitar dəhlizlərin birgə təhlükəsizliyini, həmçinin ən şiddətli döyüş yerlərini dərman və ərzaqla təmin etməyə" dair anlaşma əldə gəliblər.O əlavə edib ki, "bəzi sektorlarda təxliyə müddətində müvəqqəti mümkün atəşkəs" də müzakirə edilib.

Putin: Ukraynada "xüsusi hərbi əməliyyat plan üzrə gedir"

Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun "xüsusi hərbi əməliyyatı" - başqa bir adla Rusiyanın Ukraynaya müdaxiləsi "plan üzrə gedir".Bir çox təhlilçilər bunun əksini iddia ediblər.

Bundan əvvəlsə Vladimir Putin fransalı həmkarı Emmanuel Macron-la 90 dəqiqəlik söhbətində deyib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının məqsədinə - "ölkənin silahsızlaşdırılması və onun neytral statusuna" nail olunacaq.

Paylaşımını ötürün Instagram, 1
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram, 1

Ukraynanın Mariupol şəhərinin meri Vadim Voiçenko deyir ki, cənub liman şəhərini mühasirəyə alan rus qoşunları İkinci Dünya Müharibəsində nasistlərin Sankt-Peterburqun (keçmiş Leninqrad) ölümcül mühasirəsinə bənzər vəziyyət yaradıb.

"Onlar məhz Leninqraddakına bənzər vəziyyət yaratmağa çalışırlar", - mer deyib.

Paylaşımını ötürün Instagram, 2
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram, 2

line

Mariupolda "yüzlərlə ölü"

Joel Gunter, BBC, Ukrayna

Rusiya qüvvələrinin 15 saatdan çox fasiləsiz bombardmanından sonra Ukraynanın əsas liman şəhəri Mariupol "humanitar fəlakətə yaxındır", - şəhər merinin müavini BBC-yə deyib.

"Rusiya ordusu burada bütün silahları - artilleriya, çoxsaylı raket atma sistemləri, təyyarələr, taktiki raketlər istifadə edir. Onlar şəhəri məhv etməyə çalışırlar", - Serhiy Orlov bildirib.

Cənab Orlov bildirib ki, Rusiya qüvvələri hər tərəfdən şəhərdən bir neçə kilometr aralıda olub və əsas infrastruktur obyektlərinə zərbələr endirib, şəhərin bəzi hissələrində su və enerji təchizatı kəsilib.

Onun sözlərinə görə, şəhərin sol sahilində sıx məskunlaşmış bir yaşayış məntəqəsi "demək olar ki, tamamilə məhv edilib".

"Orada qurbanların sayını saya bilmərik, amma ən azı yüzlərlə insanın öldüyünə inanırıq. Meyitləri götürmək üçün içəri girə bilmirik. Atam orada yaşayır, ona çata bilmirəm, ölüb, ya sağdır, bilmirəm", - o vurğulayıb.

Ukrayna ordusu indiyədək ölkənin mühüm bölgələrində Rusiya qüvvələrinə müqavimət göstərib, lakin şəhərlərin artan hava bombardımanı Rusiyanın taktikasını dəyişəcəyi ilə bağlı qorxuları artırıb.

"Ukrayna ordusu çox cəsurdur və onlar şəhəri müdafiə etməyə davam edəcəklər, lakin rus ordusunun üslubu dəniz quldurlarınınkına bənzəyir - onlar öz ordusu ilə döyüşmürlər, sadəcə olaraq bütün rayonları məhv edirlər", - cənab Orlov deyib.

"Biz Ukrayna ordumuza inanırıq, lakin dəhşətli vəziyyətdəyik".

Şəhərin meri bildirib ki, küçələrdə, evlərdə qalmış yaralıları götürmək mümkün deyil.

Ukrayna ordusu son açıqlamasında Rusiya qüvvələrinin irəlilədikləri istiqamətlərdə "uğursuz" qaldığını, cənubdakı Mariupol şəhərinin isə Ukraynanın əlində qaldığını iddia edib.

line

Xerson "ələ keçirilib"

Xerson meri İqor Kolıxayev Rusiya qüvvələrinin Ukraynanın cənubunda yerləşən bu mühüm liman şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.

Xerson Rusiyanın ötən həftə hücuma başladıqdan və bir həftəlik şiddətli döyüşlərdən sonra tutduğu ilk böyük Ukrayna şəhəridir.

Rusiya Ukraynaya hücum edib Rusiya Ukrayna işğal Xerson şəhəri ələ keçirilib Rusiya Xersonu tutub

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya hərbi texnikası və tankları Xerson küçələrində görünüb.

Mer bildirib ki, rus qoşunları şəhər şurasının binasına zorla daxil olub və sakinlərə komendant saatı tətbiq edib.

Cənab Kolıxayev Facebook-da yazdığı paylaşımda bildirib ki, Rusiya qüvvələri Ukraynanın cənubunda, Qara dəniz sahilində 280 mindən çox əhalisi olan Xerson limanına nəzarət edir.

O, şəhərdə Ukrayna qüvvələrinin olmadığını bildirib, rus əsgərlərini dinc əhaliyə atəş açmamağa çağırıb.

Cənab Kolıxayev sakinləri "Ukrayna bayrağını dalğalandırmaq" üçün Rusiya qüvvələrinin qoyduğu şərtlərə əməl etməyə çağırıb. Şərtlərə daxildir:

  • Saat 20:00-dan 06:00-ya qədər ciddi komendant saatına riayət etmək
  • Ən çoxu iki nəfərdən ibarət qruplarda küçəyə çıxmaq
  • Yalnız ərzaq, dərman və digər ləvazimatlar daşıyan avtomobillərin minimum sürətlə hərəkət edərək şəhərə daxil olmasına icazə verilir.

Çərşənbə günü döyüşlərin ən dağıdıcı günlərindən biri olub və Ukraynada bir neçə şəhər intensiv atəşə tutulub.

"(Rusiya) işğalçılar şəhərin hər yerindədir və çox təhlükəlidirlər", - AFP xəbər agentliyi vilayət administrasiyasının rəhbəri Gennadi Laxutadan sitat gətirib.

Qara dənizə tökülən Dnepr çayının sahilində yerləşən Xersonun tutulması mühüm əhəmiyyət kəsb edir, çünki bu, Rusiyaya orada hərbi baza yaratmağa imkan verə bilər. Rusiya bu ölkənin daha da içərilərinə doğru irəliləmək istəyir.

Ukrayna Rusiya Ukraynaya hücum edib Rusiyanın Ukraynaya hücumu Kiyev Xarkov Xerson port şəhəri Liman şəhəri Xerson

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada törədilmiş mümkün hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı araşdırmaya başlayıb.

Rusiya ilk dəfə olaraq Ukraynaya hücum zamanı ağır hərbi itkilər verdiyini, 500-ə yaxın hərbçisinin öldürüldüyünü, 1500-dən çox hərbçinin isə yaralandığını etiraf edib. Ukrayna Rusiyanın itkilərinin minlərlə olduğunu açıqlayıb.

Ukrayna hücumun başladığı ötən cümə axşamından bəri 2000-dən çox dinc sakinin öldüyünü bildirib.

BMT-nin məlumatına görə, münaqişə, həmçinin bir milyondan çox insanın Ukraynanı tərk etməsinə səbəb olub.

line

Kiyev gecə hücuma məruz qalıb

Ukraynanın ikinci böyük şəhəri Xarkov da bir neçə gündür şiddətli hava hücumuna məruz qalıb. Onun meri BBC-yə bildirib ki, atəş və qanadlı raket zərbələri yaşayış məntəqələrini vurur və mülki əhali arasında ağır itkilərə səbəb olub.

Cənubdakı Mariupol limanında isə saatlarla davam edən atəş nəticəsində yüzlərlə insanın öldüyü ehtimal edilir.

Kiyev

Şəklin mənbəyi, Reuters

Lakin Rusiyanın paytaxt Kiyevi mühasirəyə almaq səyləri səngiyib, Bir ABŞ rəsmisi deyib ki, şəhərin şimalına doğru istiqamətlənmiş nəhəng rus karvanı çərşənbə günü gün ərzində çətinliklə hərəkət edib.

Cümə axşamına keçən gecə paytaxtda böyük partlayış səsləri eşidilib, görüntülərdə gecə səmasını işıqlandıran nəhəng alov topunun göründüyü bildirilir.

Ukrayna mediası xəbər verir ki, şəhərin mərkəzində, "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında dörd partlayış səsi eşidilib.

Ukraynadakı döyüşləri əks etdirən şəkillər Rusiyanın beynəlxalq ictimaiyyət tərəfindən qınanmasına səbəb olub, BMT ölkələrinin böyük əksəriyyəti Moskvanı qoşunlarını dərhal geri çəkməyə çağırıb.

Suriya və Şimali Koreya da daxil olmaqla, yalnız beş ölkə qətnamənin əleyhinə səs verib.

Rusiyanın zirehli karvanı "hərəkətsiz" qalıb

Paylaşımını ötürün Instagram, 3
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram, 3

Beynəlxalq Cinayət Məhkəməsi faktları topladığını deyir

BCM 39 ölkənin təhqiqat açmaqla bağlı çağırışından sonra mümkün pozuntularla bağlı sübutlar topladığını söylədi.Bu ölkələr arasında Böyük Britaniya da var, Baş nazir Boris Johnson şəxsən Rusiya Prezidenti Vladimir Putini Ukrayna şəhərlərinə qarşı "dəhşətli" vəhşiliklər törətməkdə ittiham edib.