Seymur Həzi Azad Media mükafatına layiq görülüb

Şəklin mənbəyi, Ayende M

Həbsdə olan jurnalist Seymur Həzi Fritt Ord Foundation və ZEIT-Stiftung tərəfindən Azad Media Mükafatına layiq görülüb, frittord.no saytı yazır.

15 min avrodan ibarət olan mükafatın təqdimat mərasimi bu ilin noyabr ayında, Tbilisidə keçiriləcək jurnalistlər üçün beynəlxalq konfransda baş tutacaq.

Müxtəlif qeyri-hökumət, insan haqları təşkilatları tərəfindən təqdim olunan 40 namizəd arasından Azərbaycan, Rusiya və Ukraynadan bir nəfər olmaqla 2 jurnalist və bir media qurumu seçilib.

Jurnalistin atası Məşğul Həziyev oğlunun "adının gündəmdə tutulmasına" sevinir.

"Bizə xoşdur bunu bilmək. Bu onun nailiyyətidir", ata əlavə edir.

Jurnalist Seymur Həzi Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən"Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru işləyib.

Jurnalist ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Beynəlxalq təşkilatlar onun həbsini "siyasi motivli" hesab edir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.