Seymur Həzi "aclıq aksiyasına başlayıb"

Şəklin mənbəyi, Ayende M
Həbsdə olan jurnalist Seymur Həzi aclıq aksiyasına başlayıb, bu barədə BBC Azərbaycancaya jurnalistin atası Məşğul Həziyev məlumat verib.
Onun sözlərinə görə, Seymur Həzidən appelyasiya məhkəməsindəki son sözündən imtina etmək tələb edilib.
"Həbsxanaya bir nəfər gedib, ondan məhkəmədə çıxış etməməsi ilə bağlı sənədə qol çəkməyi tələb edib. Seymur imtina edərək, aclıq aksiyasına başlayıb", cənab Həziyev bildirib.
Məşğul Həziyev oğlunun həbsini qanunsuz hesab etdiyini də deyib.
"Bircə son söz söyləmək azadlığı qalıb, onu da əlindən almaq istəyirlər", o əlavə edib.
Jurnalistin vəkili Adil İsmayılov bu hadisə barədə məlumatlı olmadığını bildirib.
Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən"Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru Seymur Həzi 2014-cü ilin avqustunda həbs olunub.
Ona qarşı "silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.
Bu ilin yanvar ayında jurnalist,<link type="page"><caption> 5 il müddətinə </caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/01/150129_seymur_hezi_sentenced" platform="highweb"/></link>azadlıqdan məhrum edilib.
Beynəlxalq təşkilatlar onun həbsini "siyasi motivli" hesab edir.
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.




