Azərbaycanlı jurnalistə ölkəni tərk etməyə qadağa qoyulub

Şəklin mənbəyi, Courtesy Photo
Azərbaycanlı jurnalist İzolda Ağayeva ölkədən çıxışına qoyulan qadağanın səbəbini dəqiq bilməsə də, qərarın əməkdaşlıq etdiyi Meydan TV-yə qarşı başlanılan cinayət işi ilə bağlı olduğunu ehtimal edir.
Magistratura təhsili almaq üçün Türkiyəyə yola düşən xanım jurnalist Azərbaycandan Gürcüstana keçərkən Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Jurnalist Gülər Mehdizadənin də ölkədən çıxışına həm qadağa, həm də "həbs" <link type="page"><caption> qoyulub</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/03/160321_journalist_banned_leave_country" platform="highweb"/></link>.
Xanım jurnalist ötən ilin sentyabr ayından başlayaraq Meydan TV ilə əməkdaşlıq edən digər jurnalist həmkarı ilə birlikdə bir neçə dəfə Baş Prokurorluğun <link type="page"><caption> Ağır Cinayətlərə dair İstintaq İdarəsi</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150902_meydan_tv_reporters" platform="highweb"/></link> və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində <link type="page"><caption> dindiriliblər</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150922_meydan_journalists" platform="highweb"/></link>.
Jurnalistlərlə bağlı mövcud vəziyyət "bayram tətilindən sonra" araşdırılacaq, BBC Azərbaycancaya danışan Baş Prokurorluğun sözçüsü Eldar Sultanov deyib.
Sentyabr ayında xaricdən gələrkən hava limanında saxlananıb ifadəsi alınandan sonra ona "heç bir problem olmadığı" deyildiyinə görə, İzolda Ağayeva qadağanın mövcudluğundan "xəbərsiz" olduğunu vurğulayır.
"Mən sentyabr ayında Bakıya gələndə hava limanında saxlanılandan sonra ölkəni tərk etməmişdim. Ondan sonra altı ay ərzində ilk dəfə idi ki, xaricə gedirdim. Dövlət Sərhəd Xidməti saxladı və səbəbini demədi. Sadəcə DİN-ə müraciət etməyi məsləhət gördü", jurnalist deyir.
Təhsil üçün Türkiyəyə getməyi planlaşdırdığını deyən jurnalist ilk dəfədir qarşılaşdığı bu hadisənin ona maddi və mənəvi zərər vurduğunu qeyd edir.
"İstənilən halda bu mənə zərərli oldu. Çünki imtahandan keçmişdim. İmtahan üçün ödəniş etmişdim, yol pulu ödəmişdim" - deyə baş verənlərdən pərişan olan jurnalist məsələni həll etmək üçün vəkilə müraciət edib.
Vəkil Yalçın İmanov jurnalistə tətbiq olunan qadağanın "tamamilə qanunsuz və əsassız" olduğundan əmindir.
"İzolda xanım hər hansı bir iş üzrə nə şübhəli şəxs, nə də təqsirləndirilən deyil. Onun barəsində hər hansı cinayət təqibi də yoxdur ortalıqda", deyən vəkil qadağanın hüquqi əsasını dəqiqləşdirmək üçün mart ayının 28-də ilk olaraq Dövlət Sərhəd Xidmətinə sorğu göndəriləcəyini açıqlayıb.
Sorğuya alınan cavaba əsasən növbəti hüquqi prosedurların icrasına başlanılacaq, vəkil bildirir.
İzolda Ağayeva 5 ilə yaxındır ki, jurnalistika fəaliyyətinə başlayıb. 2014-cü ilin əvvəlindən etibarən o, müstəqil jurnalist kimi Meydan TV ilə əməkdaşlıq edir.
2013-cü ildən fəaliyyət göstərən Meydan TV müxalif fikirli onlayn televiziyadır. Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb. Rəhbərlik bunu, əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün etdiyini bildirib.
Bir neçə jurnalist ölkədən çıxışlarına qadağa qoyulduğunu bildirib.
Sentyabr ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan, Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasova 30 gün azadlıqdan məhrumetmə cəzası <link type="page"><caption> verilib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150917_azeri_journo_disappearance" platform="highweb"/></link>.
Həmin ayda Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov jurnalistlərin saxlanılması ilə bağlı açıqlama verərək, bu addımların "onları öz fəaliyyətlərini Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydalarına uyğun qurmağa dəvət etmək məqsədi daşıdığını" <link type="page"><caption> deyib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150921_meydan_tv_journalists" platform="highweb"/></link>.




